Səbail rayonunun 100 evdar xanımı bu layihədən faydalana biləcək

Hit: 1196
Səbail rayonunun 100 evdar xanımı bu layihədən faydalana biləcək
Əziz Səbaillilər,
 
Söz verdiyim kimi, fəaliyyət istiqamətlərimlə bağlı planlarımı bölüşməkdə davam edirəm. Aşağıdakı qrafik 24 yanvar tarixində paylaşdığım videoda qaldırdığım mövzunun davamıdır. Bu qrafikdə sorğumuzun nəticəsi əsasında müəyyənləşdirdiyimiz prioritet istiqamətlərdən olan sosial məsələlər və məşğulluq blokunun nəticələri göstərilir. Gördüyünüz kimi, seçicilərimiz arasında məşğulluq mövzusu böyük əhəmiyyət daşıyır. Bu mövzu xüsusən Səbail rayonunun paytaxtın mərkəzindən aralıda yerləşən ərazilərində yaşayan sakinlər üçün önəmlidir. Bu istiqamətdə daha real nəticəyə nail olmaq üçün səylərimizi bir nöqtəyə yönəltməyə qərar verdik. İlkin mərhələdə evdar qadınların məşğulluğunun artırılması mövzusunu seçdik. Elan etdiyimiz layihə evdar qadınlar arasında həm məşğulluğu artıracaq, həm də onların yeni bilik və bacarıqlar qazanmasını təmin edəcək. Layihə 6 ay davam edəcək və bu müddət ərzində Səbail rayonunun 100 evdar xanımı bu layihədən faydalana biləcək. Nəticədə layihə iştirakçısı olan xanımların məşğulluq problemlərinin həlli ilə yanaşı, mövcud qanunvericilik və prosedurlarda olan boşluqlar analiz olunacaq və təkliflər irəli sürüləcək. Əminik ki, seçdiyimiz yol – icmadan qanunvericiliyə gedən yol, ən səmərəli və ən faydalı yoldur! Ancaq bu yolla qanunverivilik üzrə effektiv təkliflərimizi verə biləcəyik!
 
Layihəyə qatılmaq istəyən xanımlar 100qadı[email protected] ünvanına müraciət edə bilərlər.
Nigar Arpadarai adlı şəxsin şəkli.
 
 
Nigar Arpadarai








Redaktorun seçimi