Tanınmış idmançılar Azər Quliyevə dəstək verdilər

Hit: 1174
Tanınmış idmançılar Azər Quliyevə dəstək verdilər
Bu gün deputatlığa namizəd Azər Quliyev ölkəmizin tanınmış idmançıları ilə görüş keçirib.
 
Görüşdə ikiqat Avropa çempionu, dünya çempionu, ikiqat Olimpiya mükafatçısı Rövşən Bayramov, dünya və Avropa çempionu Eldəniz Əzizli, dünya və Avropa çempionu Həsən Əliyev, Avropa çempionu, dünya mükafatçısı, İslam oyunlarının qalibi Elvin Mürsəliyev, Olimpiya mükafatçısı Emin Əhmədov və Avropa çempionu, dəfələrlə dünya mükafatçsı Rafiq Hüseynov iştirak ediblər.
 
Dövlət başçısının yürütdüyü gənclər siyasəti, xüsusi ilə idmana göstərilən qayğı haqda söhbət açıldı. İdmançılar Azər Quliyevin layiqli millət vəkili olacağına, seçiciləri və bütün Azərbaycan xalqını uğurla təmsil edəcəyinə inamlarını ifadə etdilər. Çempionlar bildirdilər ki, platfomada gənclərəin şəxsi inkişafı, sağlam həyatı, təhsil və tərbiyəsinə böyük önəm verilməsi təqdirəlayiqdir. Bu səbəbdən də Azər Quliyevə dəstək verdiklərini bəyan etdilər.








Redaktorun seçimi