Deputatlığa namizəd möhtəşəm yenilik təqdim etdi - VİDEO

Hit: 4151
Deputatlığa namizəd möhtəşəm yenilik təqdim etdi - VİDEO
Azərbaycanın sığorta sahəsi üzrə tanınmış eksperti, 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Xəyal Məmmədxanlı seçki platforması çərçivəsində daha bir möhtəşəm yenilik təqdim edib.
 
Faktor.az xəbər verir ki, təşviqat prosesi başlayandan kreativ yanaşması, maraqlı metodları ilə ölkənin diqqətini cəlb edən Xəyal Məmmədxanlı 25.01.2020 ci ildə seçiciləri ilə görüş zamanı sürpriz şəkildə daha bir layihəsindən bəhs edib.
 
Belə ki, yeni layihəyə əsasən dairənin ərazisində yaşayan sakinlərin binalarına üzərində xüsusi QR kodlar olan lövhələr quraşdırılacaq. Sakinlər telefon vasitəsilə lövhələrdəki QR kodu oxutduraraq birbaşa Xəyal Məmmədxanlıya zəng edə, votsap mesajı yaza və ya Facebook səhifəsinə keçid edərək ismarıc göndərə biləcəklər.
 
Sakinlərdən gələn bütün zənglər, müraciətlər, təkliflər dairə ərazisində yerləşən qərargahda ixtisaslı mütəxəssislər tərəfindən dərhal qəbul olunacaq, həlli istiqamətində işlər başlayacaq və nəticəsi barədə onlara məlumat veriləcək.
 
Layihənin mahiyyəti seçicilərin öz deputatlarına istənilən vaxt əllərinin, səslərinin, sözlərinin çatmasını təmin etməkdir.








Redaktorun seçimi