"Cənab Prezidentimizlə və bütün xalqımızla bərabər olacağam"

Hit: 1184
"Cənab Prezidentimizlə və bütün xalqımızla bərabər olacağam"
92 saylı Zərdab-Ucar dairəsi ilə bağlı öhtəliklərim:
 
-Rayonda mövcud pronlemlərin həlli yollarının araşdırılması, həlli istiqamətində mərkəzi və yerli icra hakimiyyəti orqanları və bələdiyyələrlə əməkdaşlı ediləcək;
-Rayonun yol, elektrik enerjisi, içməli su təminatı ilə bağlı mövcud problemlərin aradan qaldırılması diqqət mərkəzində saxlanılacaq;
-Özəl sektorun, yerli fermer və iş adamlarının fəaliyyətinin genişləndirilməsi, onların hüquqları qanunvericiliyə uyğun olaraq qorunacaq, rayonla bağlı təşəbbüsləri və həyata keçirəcəkləri layihələr müdafiə olunacaq;
-Bölgədə insanların işsizlik problemi ilə bağlı vəziyyət araşdırılacaq və problemin həll olunması müvafiq dövlət qurumları qarşısında qaldırılacaq;
-Kənd təsərrüfatı məhsullarının, o cümlədən dövlət üçün vacib sahələrin baramaçılıq və pambıqçılığın inkişafı, bu sahəyə yerli iş adamlarının cəlb edilməsi, mövcud təsərrüfatların inkişaf etdirilməsi üçün layihələr diqqətdə saxlanılacaq, onlara ardıcıl olaraq dəstək göstəriləcək;
-Kəndlərdə uşaq bağçalarının, kənd məktəblərinin, ambulator müainə tibb məntəqələrinin müasir tələblər səviyyəsində bərpası və ya yenidən inşası ilə bağlı mümkün olan bütün vasitələrdən istifadə ediləcək və müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacaq;
-Rayon mərkəzinin və kəndlərin ekoliji cəhətdən təmiz su ilə təmin olunmasının Dövlət proqramına salınmasına nail olunacaq;
-Kür çayındakı qanunsuz balıq ovları, canlı təbiətin məhvi və ekoloji çirklənməyə xidmət edən bütün hallara qarşı qətiyyətli mövqe nümayiş etdiriləcək və bu tip problemlərin aradan qaldırılması üçün dövlətin müvafiq qurumları ilə əməkdaşlıq ardıcıl xarakter daşıyacaq;
-Gənclərin və yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün idman və əyləncə mərkəzlərinin yaradılmasına nail olmaq, bu istiqamətdə mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə səmərəli əməkdaşlıq qurulacaq;
-Ərazi bötüvlüyümüz uğrunda döyüşən, sağlamlığını itirmiş qazilərimiz və şəhid ailələri xüsusi diqqətdə saxlanılacaq;
-Rayon əhalisinin şəxsi problemlərinin həlli də fəaliyyətimin başlıca prioritetlərindən biri olacaqdır;
Əziz seçicilər!
Bunlar hələlik ilk diqqətinizə çatdırılan, görülməsini arzu etdiyim işlərdir. 92 saylı Zərdab-Ucar dairəsində görüləcək hələ çox işlər var.
Ümidvaram sizin aranızdan çıxan, illərdir bölgənin problemlərinə dair dövrü mətbuatda çıxışlar edən, ailə üzvlərimin, valideynlərimin də yaşadığı Zərdabda həmyerlilərimin daha rahat, firavan həyat şəraitinin olmasına çalışmaq üçün sizlərin mənə inam və etimad göstərərək deputat mandatını qazanmağıma ehtiyac var. Bu mandatın daşıyıcısı mən, onun səlahiyyətlərinin verə biləcəyi konkret nəticələr sizin olacaqdır.
Səsinizlə Parlament mandatını qazanmaqla təkcə, sizin istək, arzu və problemlərinizin daşıyıcısı olmaqla kifayətlənməyəcəyəm, eyni zamanda Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı, memarı olduğu müstəqil Azərbaycanımızın daha da güclənməsi, Beynəlxalq səviyyədə nüfuzunun artması, xalqımızın həyat səviyyəsinin yüksəldilməsi, işğal olunmuş torpaqlarımızın azad olunmasında prinsipial mövqe və iradə nümayiş etdirən Cənab Prezidentimizlə və bütün xalqımızla bərabər olacağam.
Dövlət, millət sevginizə kölgə düşməsin. İnam sizin, qismət Tanrınındır.
 
Ən xoş arzularla, sizin Jalə Seyidli








Redaktorun seçimi