Britaniyada mükafat alan yazıçıyla Sevil Gültənin qalmaqalı böyüyür

Hit: 857
Britaniyada mükafat alan yazıçıyla Sevil Gültənin qalmaqalı böyüyür
Yazıçı Varis Yolçuyevlə tərcüməçi Sevil Gültən arasında qalmaqal böyüyür.
 
Bu barədə Qaynarinfo-ya tərcüməçi Sevil Gültən məlumat verib. O bildirib ki, bir neçə gün öncə Qaynarinfo-da "Azərbaycanlı yazıçı ilə tərcüməçi arasında "beynəlxalq” qalmaqal: Yazıçı söz verdi ki...” yazısından sonra o, "Metamorfoz”un çap olunduğu şirkətə sorğu göndərib:
 
"Varis sizin sayta müsahibəsində adımın ruscadan tərcüməçi kimi yazıldığını texniki səhv adlandırıb. Mən isə bunun məqsədli şəkildə edildiyini bildirmişdim. Londondakı müsabiqəyə rus və ingilisdilli müəlliflərin əsərləri qəbul edilir. O da bu müsabiqəyə rusdilli müəllif kimi qatılıb və bunun üçün mənim adımdan istifadə edib. Keçən həftə kitabın çap olunduğu nəşriyyata email yollamışdım. Dünən həmin nəşriyyatdan mənə cavab gəldi. Cavabda deyilir:
 
 
Mən də bununla bağlı Varis Yolçuyevə mesaj göndərmək istədim, amma cavab vermədi. Nəşriyyyat cavabda bildirib ki, müəllif onlara nə veribsə, onu çap ediblər. Müəllifin razılığı ilə həmin səhvi düzəldə  bilərlər”.
 
Məsələ ilə bağlı yazıçı Varis Yolçuyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, o bu problemi aradan qaldırmaq üçün sözü gedən nəşriyyata məktubla müraciət edib:
 
 "Gör necə şər atır? Mən onlara məktubla müraciət etmişəm. Bildirmişəm ki, səhv olub. Görünür, bu, sadəcə korrektə səhvidir. Müsabiqəyə iki dildə kitablar qəbul olunur - rus və ingilis. Məktubda qeyd etmişəm ki, Sevil xanım Azərbaycan dilindən ingilis dilinə tərcümə edib. Tirajın qalan hissəsində düzətməyə söz veriblər”. 
 
Varis Yolçuyevin "Metamorfoz”un çap olunduğu şirkətə ünvanladığı məktubu tədqim edirik:
 
 
Qeyd edək ki, yazıçı Varis Yolçuyevlə tərcüməçi Sevil Gültən arasında qalmaqal yaranıb. Yazıçı ilə arasında yaranan qalmaqala səbəb Varis Yolçuyevin "Metamorfoz” əsərində onun adının rus dilindən tərcüməçi kimi qeyd olunmasıdır. Tərcüməçi isə əsəri öz dilimizdən ingilis dilinə çevirdiyini bildirir.








Redaktorun seçimi