Şagirdlərə narkotiklərin zərərləri barədə bilgilər verildi

Hit: 700
Şagirdlərə narkotiklərin zərərləri barədə bilgilər verildi
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Siyəzən RPŞ-nin təşkilatçılığı ilə 5 saylı tam orta məktəbdə “Narkomaniyaya və dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin və Təhsil şöbəsinin nümayəndələri, eləcə də məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.
 
Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Valik Vəlimətov əsrin bəlasına çevrilən narkotiklərin səbəb olduğu qlobal faciələrdən söhbət açıb. Rəis bildirib ki, narkotik alüdəçisi olan şəxslər onun insan orqanizminə vurduğu zərərlərdən qurtula bilmir, fiziki və psixoloji cəhətdən həmin maddələrin təsiri altına düşürlər. Vaxt keçdikcə isə bu maddələr istifadəçisi olan şəxslərin həyatlarında sağalmaz izlər buraxır, bütünlüklə onların gələcəklərini məhv edir. Buna görə də hər bir şəxs həyatında qarşılaşa biləcəyi bu cür bəlalardan kənar gəzməli, ömrünü sağlam və xoşbəxt olaraq yaşamalı, piş vərdişlərlə məşğul olan şəxslərdən isə uzaq durmalıdırlar.
Daha sonra çıxış edən polis zabitləri və digər dövlət qurumlarının nümayəndələri tədbir iştirakçılarına dini radikalizm və erkən nikah mövzularında geniş məlumatlar veriblər.
Tədbirin sonunda polis əməkdaşları şagirdləri maraqlandıran sualları cavablandıraraq, təhsillərində fərqlənən şagirdlərə hədiyyələr təqdim ediblər.








Redaktorun seçimi