"Bizə bu zəhərli qazları niyə uddururlar" - FOTOLAR

Hit: 1264
"Bizə bu zəhərli qazları niyə uddururlar" - FOTOLAR
Sumqayit şəhəri ilə H.Z.Tağıyev qəsəbəsi arasında sovetdən qalma və sovet sonrası fəaliyyət göstərən zavodların olduğunu bilməyən yox. Ancaq bilinən bu zavodların mənfur sovet vaxtı imperiya təcavuzunə xalqımızı düçar etməyini bilmək ayrı, dərk etmək isə başqa bir gerçəklikdir. Bilgi informasiyadır. O bilgi bir insan varlığında iformasiyadan ötə keçmirsə, zibildən, yükdən, ağırlıqdan bsşqa bir işə yaramaz. Quranda bir ayət var:  "Onlar kitab yüklü eşşəyə bənzərıər." İndi bizim faciəmizi əhatən edən hər hansı bir xəbəri duymağımız  faciənin qarşısını almaq üçün bir işə yaramırsa, o xəbər bizi Qurandakı ifadənin eyni kimliyinə çevirmirmi?  Məsələ ondan ibarətdir ki, məlum şəhərlə qəsəbə arasında fəaliyyət göstərən kimya zavodu və digər zavodlar qaranlıq düşın kimi öz bacalarından çıxan zəhərli qazları havaya buraxırlar. Azəbaycanın göy üzü zibil yerimiz, atqı, tullantı məkanımıza dönüşüb. Gecə -  gündüz erməniləri Kür çayına axıtdıqları zəhərdən ötəri fabrik və zavod atqılarını bu çaya yönəltdiklərindən danışanda ağzımıza çullu dovşam sığmır. Sən öz əlində olan vətənini,  torpağını,  üstəlik də,  onun ən əvəzedilməz insan resursunu qoru , sonra erməninin zülmündən, şərəfsiz və qansız olmağından dəm vur. Budurmu həqiqət?  Öz evinin zalımları bu mənfurluqdan əl çəkməyincə, özümüzünkülərin bu millətə yağı kəsilməsi sona erməyincə,  Qarabağ heç cürə geri qayıtmayacaq.
 
Burdakı Kimya Zavodu ucbatından  imperiya dönəmi xəstəlik tapan, dünyasın dəyişən azərbaycanlıların sayı- hesabı olmadığını, bu bədbəxtliyimizin də sovet hakimiyyətinin bizlərə yönəlik siyasi kursunun ədalətsizliyindən dünənə kimi  yana- yana danışanlarımız da az olmayıb. Ancaq bu ərazilərdə belə bir imkana sahib zavod, fabrik işə salan birisi, yəqin ki gecə sabaha kimi havaya axıdılan ( buraxılan) o zəhərli qazların da qarşısını almağın yollarını gözəl bilir. Onsuz da yediyimiz yeməklər, daddığımız təamlar Dünya Qida və Sağlıq Örgütünün gizli  bəyanaməsindən irəli gələn tələblərə əsasən bir başa İnsan ölümü, təlafatı üçün münbir bir zəmin hazırlayır. Bir yandan da  öz doğma ölkımizdə bu zəhərləri ciyərlərimizə çəkmək ölüm üzərinə ölüm saçmırmı? 
İstənilən kəs bu ərazidə axşam düşəndən sabah açılana qədər göy üzünə qalxan o gur tüstü, zəhər yığınını görməklə bahəm, boğazında, sinə və nəfəsindəki ağırlığı,can çəkişməsini,  qoxunu rahatlıqla hiss edə bilər. Mənə elə gəlir ki,  dövlət bu işə o ağır və müqəddəs əlini qoymalıdır. Bu torpaq, bu göy üzü, bu insanlar bizimdir. Əgər insanlarımızın ölümünü, xəstəliyini, bu şəkildə aşağılanmasını qəbul edirsinizsə, qoyun, o zəhər dumanı öz işini məharətlə görsün. Qəlbiniz və ruhunuz yanırsa, insanlarımızı ölməyə qoymayın.   Mən istəmirəm ki, Zeynəlabdin qəsəbəsi ilə Sumqait şəhəri arasındakı ərazimiz ikinci Qarabağa dönüşməsin. Qarabağı rus əliylə alan, insanlarımızı qətl edən erməniydi, bəs bu ərazidəki cinayətlərin faili kimdir?
 
Xanəmir Telmanoğlu
1
1
1
1
1
1








Redaktorun seçimi