“ABAD” “food truck”-ların sayı 6-ya çatdı

Hit: 688
“ABAD” “food truck”-ların sayı 6-ya çatdı
“ABAD” publik hüquqi şəxsin layihəsi olan “Good Food by ABAD”a məxsus orijinal “food truck”-lardan (təkərli qoşqu) biri də “Şahdağ Qış-Yay Turizm Mərkəzi”ndə də fəaliyyətə başlayıb. Dağ-xizək kurortunda kanatla zirvəyə qalxmış qonaqlar üçün dönər, burger, şaurma, çörəkarası balıq kimi qida məhsulları, alkoqolsuz soyuq və isti içkilər təklif olunur.
 
Beləliklə, “Şahdağ Qış-Yay Turizm Mərkəzi”ndə də fəaliyyətə başlayan “food truck”-la birgə “ABAD” “food truck”-larının sayı 6-ya çatıb. Hazırda olanlar aşağıdakı məntəqələr qarşısında öz fəaliyyətini həyata keçirir:
 
-          N.Nərimanov metrostansiya çıxışı;
 
-          “Gənclik Mall” TM;
 
-          Qırmızı Körpü (Şıxlı) gömrük-sərhəd keçid məntəqəsi;
 
-          Beşbarmaq dağı;
 
-          Masallı “ASAN Həyat” Kompleksi;
 
-          Şahdağ Qış-Yay Turizm Mərkəzi.
 
Qeyd edək ki, “food truck”-larda təklif olunan qida növlərinin hazırlanmasında ABADçı ailələr tərəfindən istehsal olunan təbii və keyfiyyətli məhsulların istifadəsinə önəm verilir.








Redaktorun seçimi