Sabahkı hava ilə bağlı sürücülərə - Xəbərdarlıq

Hit: 780
Sabahkı hava ilə bağlı sürücülərə - Xəbərdarlıq
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.
 
Faktor.az-a daxil olan xəbərdə bildirilir ki, hava şəraitinin dəyişərək temperaturun 4-6 dərəcə enməsi, küləkli və yağmurlu keçməsi ilə əlaqədar yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülər bu günlərdə yollarda sükan arxasında son dərəcə diqqətli və ehtiyatlı olmalıdırlar.
 
Həmçinin, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağma nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər həmin ərazilərdə istifadə etməmək, küləkli havada tunellərdən və yolun kənarları qapalı olan hissəsindən açıq əraziyə çıxarkən avtomobilin hərəkət istiqamətinin qəflətən dəyişmə ehtimalının da yüksək olmasını nəzərə alaraq meteoroloji şəraitə uyğun sürət həddi seçmək, eləcə də nəqliyyat vasitələrini parklayarkən ağacların, iri həcmli reklam lövhələrinin, habelə küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya altında saxlamamaq tövsiyə edilib.








Redaktorun seçimi