"Bu gün yaşadığımız sevinc xoş ənənənin başlanğıcı olacaq"

Hit: 666
"Bu gün yaşadığımız sevinc xoş ənənənin başlanğıcı olacaq"
Dostlar, sizinlə xoş bir xəbəri bölüşmək istəyirəm. Belə ki, Daşaltı əməliyyatı zamanı şəhid olan atam İbrahimov Cavanşir Zeynal oğlu medalla təltif olundu.
 
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevin əmri ilə şəhid - atam İbrahimov Cavanşir Zeynal oğlu “Müharibə veteranı” xatirə medalı ilə təltif olundu. Təqdimetmə mərasimində iştirak edən Birlik sədrinin səlahiyyətli nümayəndəsi, Azərbaycan bayrağı ordenli, ehtiyatda olan polkovnik Elmar Hüseynov bildirdi ki, bu medal ənənəvi olaraq bütün şəhidlərin ailəsinə verilir. Şəhid Cavanşir İbrahimovun da medalı bizim ailəmizə təqdim edildi. Qeyd edim ki, təqdimetmə mərasimində atamın döyüş yoldaşı İlham Rüstəmov, uşaqlıq dostu Vidadi Ağagülov və digər veteranlar da iştirak edirdi.
 
Bu medalın bizim üçün xüsusi bir əhəmiyyəti var. Çünki 1994-cü ildə bizə atamın Milli Qəhrəman adına layiq görüldüyü barədə məlumat verilsə də, bu ada dair sənədlər bugünədək ailəmizə təqdim olunmayıb. Ümid edirəm ki, bu gün yaşadığımız sevinc xoş ənənənin başlanğıcı olar və atamın layiq görüldüyü adın sənədləri ailəmizə təqdim olunar.
 
Şəhid Caanşir  İbrahimov oğlu  Oruc İbrahimov








Redaktorun seçimi