Ötən il mediasiya xidməti sayəsində 228 cütlük nikahın pozulmasından imtina edib

Hit: 513
Ötən il mediasiya xidməti sayəsində 228 cütlük nikahın pozulmasından imtina edib
Ötən il mediasiya xidməti sayəsində nikahın pozulmasından imtina edən cütlüklərin sayı açıqlanıb. 
 
Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2019-cu ildə Bakı şəhərinin rayon və “ASAN xidmət" mərkəzlərindəki qeydiyyat şöbələrində nikah münasibətlərinin möhkəmlənməsinə dəstək verilməsi, nikahın pozulması hallarının mümkün qədər qarşısının alınması məqsədilə mediasiya xidmətinin göstərilməsinə dair müraciət edənlərdən 456 nəfəri (228 cütlük) nikahın pozulmasından imtina edib.
 
Qeyd edək ki, ölkədə "Mediasiya haqqında" qanunun tətbiqinə bu ilin iyulun 1-dən başlanılacaq.








Redaktorun seçimi