#konulluqonaq təşəbbüsü davam edir - indi də Ağcabədidə

Hit: 407
#konulluqonaq təşəbbüsü davam edir - indi də Ağcabədidə
Region gənclərimiz #konulluqonaq-la könülləri fəth etməyə davam edirlər. 
 
Ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsünə Ağcabədi gəncləri də qoşulublar.
Qayğıya xüsusi ehtiyacı olan rayon sakininin evinə baş çəkən gənclər, təmizlik işləri aparıb, həyətdə və bağda səliqə-sahman yaradıb, ev sahibi ilə xoş və maraqlı vaxt keçiriblər.
Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.
 







Redaktorun seçimi