Generalın müşavirələrində Vaqif Əsədov ön sıralarda - FOTOLAR

Hit: 1391
Generalın müşavirələrində Vaqif Əsədov ön sıralarda - FOTOLAR
Ötən həftə bir sıra KİV-lərdə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun işdən çıxarılmağı lə bağlı məlumatlar yayılmışdır. Yayılan məlumatlar sosial şəbəkələrdə də geniş müzakirə olundu. Məlumatlarda qeyd olunur ki, Bakı Şəhər Baş Polis İdarəsinin bütün zabit heyəti nazir Vilayət Eyvazovun əmri ilə sərəncama götürülüb. Sərəncama götürülən şəxslər arasında Vaqif Əsədov da var.
 
Faktor.az xatırlatma verir ki, yanvarın 17-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində keçirilən müşavirədə, həmçinin bu gün Vilayət Eyvazovun iştirakı ilə Baş Dövlət Yol Polisi İdarəsində 2019-cu ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində polis polkovniki Vaqif Əsədov iştirak edib. 
 
Keçirilən hər iki müşavirədə Vaqif Əsədovun ön sıralarda yer almağı bütün bu deyilənlərin düzgün olmadığını bir daha sübut edir. Polis polkovniki Vaqif Əsədov hazırda da öz işini yüksək peşəkarlıqla həyata keçirir.
1
1
1
1








Redaktorun seçimi