Ümidləri doğrultdular

Bu yaxınlarda Türkiyənin İstanbul şəhərində Olimpiya və Dünya və Avropa çempionu Yaşar Doğunun xatirəsinə həsr olunmuş güləş üzrə 48-ci beynəlxalq turnir keçirilib. Yarışda ölkəmizin yığma komandası da iştirak edib. Millimizin heyətində təmsil olunan DİN İdman Cəmiyyətinin yetirməsi Türkan Nəsirova ilk görüşdə Türmənistan idmançısına 5:2 hesabı ilə qalib gəlib. Sonuncu mərhələdə rəqibinə 10:0 hesabı ilə qalib gələrək bürünc medal qazanıb. Kişilərin yarışında isə İdman Cəmiyyətinin baş inspektoru polis polkovnik-leytenantı İlham Mustafayevin yetirməsi Əli Rəhimzadə bütün rəqiblərinə qalib gələrək baş mükafatın sahibi olub.
Güləş üzrə daha bir yarış Bakıda olub. Bu günlərdə 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirildi. İdman Cəmiyyətinin yetirməsi Riad Aslanov çəkisi 55 kq olan idmançılar arasında birinci yerə layiq görülüb.
T.Nəsirova və R.Aslanovu bu yarışa Sumqayıt ŞPİ-nin əməkdaşı, əməkdar məşqçi Tural Əliyev hazırlayıb.
İdmançılarımızla görüşən İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfira Meftaxetdinova onların təlim-məşqlərinin bundan sonra da nəzarətdə saxlayacağını deyərək, daha böyük uğurlar arzulayıb.


