AzTU-da vorkşop keçirilib

Hit: 635
AzTU-da vorkşop keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) “Elektromobilin inkişafı, nəqliyyat sektorunda enerjidən istifadə və CO2 emissiyası (Türkiyə təcrübəsi və Azərbaycanda istifadə)” mövzusunda vorkşop keçirilib.
 
Tədbirdə Energetika, İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliklərinin, Azenerji ASC-nin, Alternativ və Bərpa Olunan Enerji Mənbələri (ABOEM) üzrə Dövlət Agentliyinin,  ali məktəblərin nümayəndələri və türkiyəli mütəxəssislər iştirak ediblər. 
 
Vorkşopda AzTU-nun rektoru,  professor Vilayət Vəliyev, ABOEM üzrə Dövlət Agentliyi sədrinin müavini,  professor Nurəli Yusifbəyli, türkiyəli  professorlar Gürkan Kumbaroğlu və  Kərəm Odabaşı məruzələrlə çıxış ediblər. 
 
Vorkşopda elektromobil sektorunun inkişafı, nəqliyyatda elektrik enerjisindən istifadə üzrə Türkiyə təcrübəsi əsasında elmi-tədqiqatların aparılması və kadr hazırlığı, eləcə də özəl sektorun elektromobillərin istehsalı və inkişafındakı təcrübəsi, Azərbaycanda tətbiqinin əsas istiqamətləri müzakirə olunub.
 
Həmçinin dünya Elektromobil Birliyinin (WEVA) Avropa qoluna (AVERE) üzv olan AVERE Türkiyə ilə birgə işbirliyi barədə məlumat verilib.








Redaktorun seçimi