Bakı Ali Neft Məktəbinin altı tələbəsi İspaniyada təhsil alaca

Hit: 559
Bakı Ali Neft Məktəbinin altı tələbəsi İspaniyada təhsil alaca
Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbələri 2019-2020-ci tədris ilinin yaz semestrində İspaniyanın Alkala Universitetində təhsil alacaqlar. Onların tədris müddəti yanvarın 21-dən iyunun 20-dək olacaq.
 
BANM-dən Faktor.az-a bildiriblər ki, tələbələr rəqəmsal elektronika, mühəndislik mexanikası, elektrik mühəndisliyi ixtisasları üzrə təhsillərini davam etdirəcəklər.
 
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov İspaniyaya yola düşən tələbələr və onların valideynləri ilə görüşüb. Rektor bildirib ki, Bakı Ali Neft Məktəbi İspaniyanın Alkala Universiteti ilə “Erasmus+” tələbə mübadilə proqramı çərçivəsində sıx əməkdaşlıq edir. Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alan 6 tələbənin İspaniyaya təhsil üçün göndərilməsi BANM-in xarici ölkə və ali təhsil müəssisələri ilə qurduğu genişmiqyaslı əməkdaşlıq əlaqələrinin təzahürüdür. Bu proqram çərçivəsində yaz semestrində digər ölkələrə də tələbələr göndəriləcək.
 
E.Qasımov tələbələrə tövsiyələr verib və uğurlar arzulayıb.
 
Görüşdə İspaniyada təhsil alacaq tələbələr belə bir şərait yaradıldığına görə ali məktəbin rəhbərliyinə təşəkkürlərini bildiriblər. Onlar ölkəmizi, adət-ənənələrimizi və BANM-i İspaniyada uğurla təmsil edəcəklərini vurğulayıblar.
 
Qeyd edək ki, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alan 3-cü kurs tələbələri Müjgan Hüseynli, Yaqut Bədəlova, Yaqut Şəkizadə, Mahirə Əsədzadə, Ayxan Haqverdiyev, Şəms Əliyeva İspaniyanın Alkala de Henares şəhərinə yola düşüblər.








Redaktorun seçimi