"Şəhidlərimiz milli-mənəvi dəyərlərimizi tərənnüm edən qəhrəmanlardır"

Hit: 1714
"Şəhidlərimiz milli-mənəvi dəyərlərimizi tərənnüm edən qəhrəmanlardır"
Şəhidlərin anım günündə bir məsələyə toxunmaq istədim. Seçicilərdən biri milli-mənəvi dəyərlər mövzusunun cəmiyyətimizdə qabardılması haqda soruşdu. Sualın məzmunu belə idi: "Mücərrəd dəyərlərdənsə, konkret addımlar haqda danışmaq daha məqsədəuyğun deyilmi?"
 
Praktiki addımlar atmamışdan öncə, bizim nəzəri "yol xəritə"miz, dəyərlər kimi "yol qaydaları"mız olmalıdır. Onları müasir həyat tərzinə qurban verməməliyik. Müasirləşməliyik, lakin özümüz olaraq. Bizi biz edən, yaşadan, gələcəyə istiqamətləndirən həmin dəyərlərdir. Böyüyə hörmət, kiçiyə məhəbbət, ailə üçün fədakarlıq, zəifə qayğı, dosta sədaqət, qonşularla ülfət... Bir sözlə həyatımızın bütün dadı-duzu dəyərlərimizdədir.
 
Şəhidlərimiz milli-mənəvi dəyərlərimizi tərənnüm edən qəhrəmanlardır. Müstəqilliyimiz yolunda verilən canlardır. Hər dəfə onları ziyarət edərkən özünü borclu hiss etməmək, dərin təşəkkür hissindən başını aşağı salmamaq olmur.
 
Deputatlığa namizəd Azər Quliyev








Redaktorun seçimi