Deputatlığa namizəd Oruc İbrahimov şəhidlərin xatirəsini anıb - FOTOLAR
Oruc İbrahimov ailə üzvləri və komandası ilə birlikdə 20 Yanvar faciəsinin 30 illiyi ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib. 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət etdikdən sonra o, Milli Qəhrəmanlar Çingiz Mustafayev və Salatın Əsgərovanın qəbrlərini də ziyarət edərək gül dəstəsi qoyub.
Daha sonra o, atası Cavanşir İbrahimovun da adının həkk olunduğu Daşaltı şəhidlərinin xatirə lövhəsini ziyarət edib.
Qeyd edək ki, AtaBank-ın Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədliyini irəli sürüb O, uzun müddət “AtaBank” ASC-də müxtəlif vəzifələrdəçalışdıqdan sonra 2018-ci ildə bankın Biznesin İnkişafı departamentinin direktoru vəzifəsinə irəli çəkilib.
Məlumat üçün bildirək ki, O.İbrahimov 1986-cı ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir.Marketinq və satış kimi sahələr üzrəmüxtəlif beynəlxalq dərəcəli sertifikatlara sahibdir.