“ASAN xidmət” mərkəzlərində 20 Yanvar şəhidləri anılıb

Hit: 801
“ASAN xidmət” mərkəzlərində 20 Yanvar şəhidləri anılıb
ASAN Könüllüləri Şəhidlər xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda  canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları  önünə gül dəstələri qoyublar.
 
Sonra Beynəxalq Muğam Mərkəzində “30 illik Qanlı Yanvar” adlı kompozisiya nümayiş  olunub. Kompozisiya “ASAN Könüllüləri” Təşkilatı tərəfindən “Mədəniyyət Carçısı” proqramı çərçivəsində təşkil olunub.
 
Həmçinin “ASAN xidmət” mərkəzlərində 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar silsilə anım tədbirləri təşkil olunub.
 
ASAN Könüllülərinin təşkilatçılığı ilə həyata keçirilən tədbirlər çərçivəsində 20 Yanvar hadisələrini əks etdirən guşələr təşkil olunub, məlumatlandırıcı videoçarxlar, təqdimatlar nümayiş etdirilib,  regionlarda Şəhidlər Xiyabanları ziyarət olunub.








Redaktorun seçimi