İtkimiz çox oldu, lakin uğrunda ölən varsa Vətən var! - Aslan Abbaszadə yazır

Hit: 925
İtkimiz çox oldu, lakin uğrunda ölən varsa Vətən var! - Aslan Abbaszadə yazır
1990-cı il 20 yanvar...
Tariximizin qara işarəli günü. Azadlığa qovuşmamıza görə bədəli ağır olan gün. Bəlkə də ağır günlərin başlanğıcı.
Çünki, bu ağır gündən sonra itkilərimiz artdı. Vətənimizin azad yaşamağa haqqı vardı, bədəli ağır idi və ağır olacağını bilə bilə camaat küçəyə yığışdı. Baş verəcəklər məlum idi.
Şəhidlik hər kəsə qismət olmaz. Şəhidlərimizlə daim qürur duyuruq, onların qayəsi, inancı boşuna olmadı! İtkimiz çox oldu, lakin uğrunda ölən varsa Vətən var!
 
Hörmətlə, 
Faktor Azərbaycan MMC-nin təsisçici və Faktor.az portalının baş redaktoru
Aslan Abbaszadə.








Redaktorun seçimi