Əməkdar jurnalist Murad Fərzəliyevin seçicilərlə görüşləri davam edir

Hit: 998
Əməkdar jurnalist Murad Fərzəliyevin seçicilərlə görüşləri davam edir

Milli Məclisə növbədənkənar seçkilərdə 79 saylı İmişli seçki dairəsindən namizədliyi qeydə alınmış Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin ararıcı məsləhətçisi, “Olimpiya dünyası” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Murad Fərzəliyevin seçki dairəsi ərazisində seçicilərlə fəal görüşləri davam edir.

Bu görüşlər həm müəyyən olunmuş yerlərdə, həm də onun seçki qərargahında keçirilir. Bu görüşlərdə seçicilər öz istək və arzularını, problemlərini bildirir növbədən kənar seçkilərdə layiqli namizəd kimi Murad Fərzəliyevi dəstəkləyəcəklərini bəyan edirlər. Onlar seçkilərin demokratik keçəcəyinə əmin olduqlarını və 9 fevralda seçki məntəqələrinə gələrək, fəal surətdə səs verəcəklərini bildirirlər. Murad Fərzəliyevin seçki qərərgahına hər gün 100-lərlə seçici gəlməkdədir. Onun seçicilərlə görüşləri davam etməkdədir.









Redaktorun seçimi