AQTA-da 20 Yanvar faciəsinin qurbanları anılıb

Hit: 752
AQTA-da 20 Yanvar faciəsinin qurbanları anılıb
Qida Təhlükəsizliyi Agentliyidə 20 Yanvar faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib
 
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan tədbir keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 
Tədbirdə bildirilib ki, 20 Yanvar faciəsi müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb. Şəhidlərimizin qanının hədər axmadığını, o qanlar bahasına bugünkü azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, qüdrətli Azərbaycanın bünövrəsinin qoyulduğunu gələcək nəsillər də böyük ehtiramla xatırlayacaqlar.
 
Qeyd olunub ki, 1990-cı il yanvarın 20-də Bakıda sovet qoşunlarının törətdiyi qanlı hadisələr Azərbaycan torpaqlarının bütövlüyü, müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törədilmiş amansız cinayət olmaqla bərabər, müasir tariximizin qəhrəmanlıq səhifələrindən biri hesab olunur.
 
Tədbirdə 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş film izlənilib.








Redaktorun seçimi