20 Yanvar faciəsinə həsr olunmuş sərgi açılıb

Hit: 487
20 Yanvar faciəsinə həsr olunmuş sərgi açılıb
20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzləri şagirdlərinin rəsm və əl işlərindən ibarət sərgi təşkil edilib.
 
Sərgidə BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllim və şagirdlər iştirak ediblər.
 
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev 20 Yanvar hadisələrinin zaman keçdikcə yaddaşlarda daha dərin izlər buraxdığını söyləyib.
 
Rəşad Tağıyev Ümumxalq Hüzn Günü ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamına əsasən, ümumi təhsil müəssisələrində mühazirə, konfrans və xüsusi dərslər təşkil edildiyini, həmçinin məktəblərdə 20 Yanvar hadisələrinə həsr olunmuş “Dəyirmi masa”, seminarlar keçirildiyini, kitab, foto və şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri, ədəbi-bədii kompozisiyalar nümayiş olunduğunu bildirib.
 
20 Yanvar hadisələrininin tarixindən danışan İdarə müdiri bu faciəyə hüquqi-siyasi qiymətin böyük dövlət xadimi Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdırıb. Rəşad Tağıyev ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin şəhidlərin adını daim uca tutmasından, onların ailələrinin sosial müdafiəsinə xüsusi diqqət göstərməsindən bəhs edib.
 
Sonra şagirdlər 20 Yanvar faciəsinin ağrılarını, düşmənə qarşı nifrət hisslərini vətənpərvərlik ruhunda səsləndirdikləri şeirlər və ədəbi-bədii kompozisiyalarla ifadə ediblər.
 
Daha sonra sərgiyə baxış keçirilib.







Redaktorun seçimi