TOPLUM CANİNİN KÖLƏSİNƏ NECƏ DÖNÜŞÜR

Hit: 566
TOPLUM CANİNİN KÖLƏSİNƏ NECƏ DÖNÜŞÜR
Ey dili qafil fil faili məchul fani f......
Qız uşağının rayonlarımızın birində yandırılma olayına qarşı cəmiyyətdəki təpki getdikcə şiddətlənməkdə, daha da artmağındadır. Mənim bu olaylardan alqıladığım bir sualdan qaça bilmirəm: -  Nədən Azərbaycanda bir qız uşağı yandırılmışdır? Nəyə görə bir qızcığaz məhz yandırılmışdır?  Bu qızın yandırılmasına qarşı qəzəbini yenə bilməyən, acılarını dindirə bilməyənlər o kəslərdir ki, bu insanlar bir zaman düşmənlər tərəfindən Xocalıda qətl edilən, zorlanan, öldürülən, aşağılanan minlərlə körpələrimizə da göz yaşı axıdıb, qan yaş tökmüş, sonsuz kədərə qərq olmuş həmən insanlardır. O insanalr bəlkə də o günlərdən qalan sonsuz kədərlərinin daxili dünyalarının dərinliklərində hələ də yara bağladığını duymamaq, o qədər də çətin deyil. Bu qızcığaza yas tutub onu o günə salanlara qarşı nifrət, kin-küdurət izhar edənlər, bir zamanlar 20 Yanvar şəhidlərimizə də dil deyib, diz döyən yığın  - yığın ürək, qəlb - könül sahibləri idi. Bu kədərə tuş olanlar, bir zamanalr Qarabağda vurulan vertalyotdakı millətin öndər isimlərinin yoxluğuna göz yaşı töküb, üz cıran, sinə yırtan insanalrdır. Bu insanlar o insanlardır. Ancaq o baş verən olaylar, hadisələr isə bu olay, hadisə deyildir. Yaxşı, məsələnin kökündə nə durur?  Hətta bir - iki il öncə sərhəd kəndlərinin birində ermənilər tərəfindən vurulan bir qızcığazımıza da bu qədər yas tutulmadı.(Zəhraya) ( Nədən? İndi bu suallara cavab verərək səbəbləri bir-bir sırlayalım.
1. İlk ağıla gələn yandırılan qızın düşmən dediklərimiz tərəfindən deyil, bizlərdən biri olan, sıra nəfəri dediklərimizdən biri, eyni dildə danışıb, eyni ölkə, yurd qədərini paylaşdığımız insanlardan biri tərəfindən yandırılmasına gətirdiyimiz qənaətdir.Bəli, bu qızımızı erməni yandırmayıb. 
2. Bu bəs deyilmiş kimi, əgər deyilənlər doğru isə, yəni qızcığaz təcavüzə məruz qalmışsa, deməli o izi də itirmək üçün qızcığazın dırnaqları çəkilmişdir.Dəxli yoxdur bu şərəfsiz və namussuz işi kim gerçəkləşdirib. Məsələ ondan ibarətdir ki, yaşadığımız dönəmdə belə bir realitəylə üz-zə qalmalı olduq. 
3. Əgər bu yandırılmış qızı içimizdən biri deyil, düşmən bildiklərimiz yandırmış olsaydı, insanlarımızda bəlkə də indiki qədər qəzəb və kim-küdurət oluşmayacaqdı.
4. Məsələ bəlkə də qızın yandırılmasından, dırnaqlarının zalımca çəkilməsindən daha çox, onun təcavüzə uğradılması ehtimalının insanlarımızın içini darmadağın etmişdir. Söhbət burda təcavüzdən və yaşca olduqca kiçik olan bir uşağa qarşı edilən kalleşlikdən gedir. Bu zülmün qarşısına tarixin heç bir zülmünü, istismarını insanlıq adına çıxara bilməzsən. O da ola, namus məsələsində olduqca həssslığını hələ də itirməmiş bir xalql.  Milli həssasiyyətdən, özəllikdən və dini məsuliyyətin təravətindən irəli gələn və üstəlik də genetik kodlarımızın ehkamlarının təlqin elədiyi yöntəmlər də dövriyyəyə girdisə, burda işlərin dəyişməyəcəyinə kimsə qaranti verə bilməyəcək. Yəni namus dediyin qavramın bir varlıq hakimliyini bu otmosferdə sürdürməsi olduqca həssaslığımızdakı özəlliyi vaxt itirmədən, üzərinə artıq-əskik fikir söylənilmədən öz hökmünü verməsinin qarşısını kimsə ala bilməz. Yəni, yəni ki, bir az yaşlı qızın təcavüzü sözkonsuysa, həm də bu rəzillik üzərindən o övladımızın yandırılması izi itirmək məqsədi güdürsə, insanların daxili dünyasının kükrəyişlərinə necə qarşı gəlmək, istiqamət dəyişdirmək, ya basdırmaq mümkün olduğunu bilmək olduqca zor. 
5. Bu baş verənlər fonunda qızın yandırılması hansı anlamı ifadə edir və eyhamı  daşıyır? Biz, geridə qalanlar, yandırılmamaış olanlar yandırılmışın sırasında deyil, yandırmaq işini qurğulayan və qurğulayanların sırasında görünürük, təəsssüf ki. Ona görə də, bu sıranı almağımız bizi yandırandan həm ayırır, həm də öz failimizin nə anlam daşıdığına məna biçməli oluruq. Bu mənalar, anlamlar baş verən olaya verilməsə, faciənin əsl həqiqəti heç vaxt üzə çıxmaz.
6. Əgər olayı mənalandırma və anlamdırma çabasına giriririksə, bu girişim bizi başqa bir müstəvidə, caninin, qatilin sırasında göstərirsə, qoyursa, o zaman içimizdəki bu yanğın hardan? Bəlkə biz cani kimi, qatilin yerinə keçirdiyimiz dərin bir peşimançılığa tutulmuşuq? Yox əgər içimzdəki o yanğını, fəlakətin gətirdiyi o yaranı da anlamlandırmaq gərəkirsə, demək biz həm də yandırılan sırasında olan birisiyik. Burdan anlaşılan odur ki, baş vermiş bir konkret hadisənin mahiyyəti çözələnib öz həqiqətini göstərmək istədiyi zaman, ortalıqda olan biri varsa, o bizik. Ağlayan, sızlayan, asan, kəsən, dəli kimi olanlar. Bizlər həm də parçalanmış, ikiləşmiş təbiətimizin deyil, varlıq yapımızdakı azğınlığın qarşısını ala bilməmə səriştəsizliymizin qurbanına çevrilmiş kəsimizik. Bu olayda artıq yanan, yandırılan, yandıran deyil, bir də yanana və yandıranın, təcavüz edilən və təcavüz edənin sırasında parçalanan  kimliyimizdən daha çox, parçalanma yapımız, insanlıq formulumuz üzə çıxır. Bu üzə çıxan insanlıq formulumuz o zaman bir işəyararmı əcaba? Bir yaraya məlhəm olarmı əcaba? Axan qanı durdura bilərmi əcaba? Yoxsa bizim parçalanaraq üçüncü bir tərəfi,  daha çox tərəflərdən,  daha çox bucaq altından dəyərləndirməyimizi, olaya yeni məna və anlam verməyimizi tələb edən təlqinlərə sürükləyən yeni hekayətlər, nağıllar, əfsanə və miflərmi gözləyir? Yoxsa, biz bir millət olaraq bu baş verənlərin rüzgarına qapılıb yeni bir dastanların, nağıl və eposlarınmı cənginə keçirilirik kosmik təbədülatlar tərəfindən? 
7. Digər bir versiya: əgər o yandırılan qızın yerində yandırılmış bir oğlan uşağı olsaydı, sizcə insanların qəzəb və kinindəki püskürtüdə bir fərq olacaqdımı? Məncə, bu suala cavab vermək ayrı bir yazını ortaya çıxarmamış, hadisəyə münasibət baxımından nöbəti mərhələ və versiyalara keçək.
8. llahın yaratdıqlarında fərd olaraq iştirakımız ilahi qayda isə, Allahın yaratdıqlarının dağılması, yox olması, məhv edilməsində bir tərəfindən törədilən cinayətə kütləvi qatılmağımız qaçınılmazdır. Allah yaradırsa, biz qoruyacaq, tərbiyə edəcək, böyüdəcəkdik. Allah öz missiyasını yerinə yetirməkdə davam edir. Biz isə, öz missiyamıza xələl gətirir, Allahla olan əhdimizi, anlaşmamızı pozuruq. O cani kimsə, bizim hamımızın canını yaxdı gerçəkdən.  
9. Belə yerdə insanın torpaqdan önəmli olmağı üzə çıxır. Necə? Torpaq üzərindəki bu vətən, yurd, ölkə, dövlət, hakimiyyət, cəmiyyət, mədəniyyət birər faktor olaraq bir insanın varlıq mexanizminin hesab - kitabı baxımından düşünən beyinləri və insanın kamilliyini ələ alma baxımından fərqli sindromlarla bizi üz-üzə gətirir. Bu sindrom toru odur ki, düzgün əxlaqi prinsipləri özünə ideal edilmiş bir cəmiyyət formulunun haliunasiyon siptomlarından qurtulmağımıza rəvac verəcək nə varsa, ondan qaçmalı, qorunmalıyıq. İnsan faktoru hər şeyin üzərində və hər şeydən üstün olduğunu istənilən təcrübədə, hadisədə, fəlsəfi gedişatlarda, dini səmavətdə də ön plana çıxır. 
10. Biz çətin zamalarda torpağı düşmənə verib təcrübə və yaddaşımızı mühafizə edə bilərik. Bir cani qarşısında o qızımız nəyini verib də gələcək yaddaşını və təcrübəsini qazana bilərdi ki? Bir də o qızcığazın əgər verə biləcəyi bir şeyi belə olsaydı, o caninin istəklərinin yerinə keçə biləcək, əvəzləyəcək hansı ehtiyat varıyla indi bizə od qoyan halımıza azacıq su səpə biləcəkdi?
11. Burdan çıxarılan nəticə ondan ibarət olmağa hazırlaşır ki, böyük bir su kütləsinə atılan bir damcı zəhər misali, cəmiyyətin zərərverici ünsürləri bizim tərkibimizdən ayrılamadığı kimi, biz də onların tərkibinə yerimə, o zəhəri udma, yayma imkanımızı işə salırıq. Biz cinayət çoxaldan, daşıran, artıran bir missiyaya dönüşdüyümüzün əsla fərqində deyilik. Bu ölkədə 10 milyon varsa, bu gün o baş verən cinayəti 10 milyon çoxlama təhlükəsi, yayılma qorxusu heç cür zehniyyətdən silə bilməz. 3 milyon nüfuzlu toplumların da belə bir cinayət qarşısında 3 milyon artma, çoxalıb yayılma təhlükəsi hər kəsin həm də fərdi, özəl hekayəsinə çevirilməklə məşğuldur. 
12. Bu gün bu ölkədə gözlərimizin önündə bir qız övladımız bu şəkildə, təcavüz edilərək yandırılırsa, bu yanğın xəyalını tasarlayan, düşünən qatil, cani kimsə, hər birimizi bu cinayətin zehinsəl metoduna  kölə etməklə, bizləri özündən asılı bir vəziyyətə salmışdır. Demək iştirakı olmadığımız bir cinayətin də ortağı olaraq həm də qatilin saysız - hesabsız qul, kölə koloniyasını təşkil edənlərə dönüşürük. Bu nəticə bizi təlqin edir ki, belə bir cinayəti xəyalımızda da olsa, gerçəkləşməyə imkan verməyək. 
 








Redaktorun seçimi