“Aqrar İnkişaf Könüllüləri“nin yeni sədri seçilib

Hit: 769
“Aqrar İnkişaf Könüllüləri“nin yeni sədri seçilib
"Aqrar İnkişaf Könüllüləri" Təşkilatı İctimai Birliyinin illik hesabat konfransı keçirilib.
 
Konfrans çərçivəsində Təşkilat tərəfindənyarandığı gündən həyata keçirilən layihələr, ölkənin 50 regionunda fəaliyyət göstərən nümayəndəliklərdəki könüllü qrupları və onların aktivliklərindən bəhs edilib. Baş tutan layihələrdən faydalanan gənclərin fikirləri və könüllülərin fəaliyyətləri əsasındatoplanmış statistik məlumatlar müzakirə olunub. Sonra Təşkilatın idarə heyəti üzvləri çıxış edib, dünyada aqrar sahənin prioritet istiqamət olduğunu, Azərbaycanda da kənd təsərrüfatına xüsusi dövlət dəstəyi göstərildiyini bildiriblər.
 
Daha sonra konfransın gündəliyinə uyğun olaraq idarə heyətinin yekdil qərarı ilə Kamran Əliyev “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının yeni sədri seçilib.
Yeni seçilmiş sədr çıxış edərək son illər bu səhədə ciddi inkişafın olduğunu, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin gənclərə və könüllülər sektoruna göstərdiyi xüsusi diqqətini vurğulayıb. Kamran Əliyev 2020-ci ilin "Könüllülər İli" elan edilməsini önə çəkərək bunun gənclərdə daha da inam və həvəs yaratdığını, onları durmadan çalışmağa çağırdığını bildirib.








Redaktorun seçimi