Elvin Talışınskinin gördüyü işlər cəmiyyət tərəfindən yüksək qarşılanır

Hit: 2029
Elvin Talışınskinin gördüyü işlər cəmiyyət tərəfindən yüksək qarşılanır
Azərbaycan xalqı və milləti əsrlər boyu öz milli-mənəvi dəyərlərini qoruyub saxlamış və sahib çıxmışdır. Hal-hazırda həmin dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi gənclərin öhdəsinə düşür. Çox sevindirici haldır ki, bu öhdəliyi gənclər layiqincə yerinə yetirməyə çalışırlar. Bu dəyərlərin təbliğ olunmasında, qorunub saxlanılmasında, eyni zamanda yeniyetmə və gənclərə düzgün şəkildə çatdırılmasında gənc alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Təhsil Akademiyasının həqiqi üzvü Elvin Bəhruz oğlu Talışınskinin bilavasitə rolu vardır. E.Talışınski milli-mənəvi və dini dəyərlərin təbliği istiqamətində respublikamızda bir çox tədbirlərin, konfransların, elmi seminarların, dəyirmi masa və layihələrin təşkilatçısı olmuşdur.
 
O, kafedra müdiri olduğu ali təhsil müəssisəsində təhsil alan gənclərin istər dini, istərsə də dünyəvi cəhətdən düzgün şəkildə maarifləndirilməsi üçün diskussiyalar, seminarlar, mövlud tədbirləri və müsabiqələr həyata keçirmişdir. E.Talışınskinin şəxsən nəzarəti və rəhbərliyi, həmçinin kollektivlə yüksək işləmə bacarığı sayəsində təsisçisi və sədri olduğu “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyində milli-mənəvi dəyərlər sahəsində qısa müddət ərzində böyük layihələr ərsəyə gəlmişdir. Həmin layihələrdən ən başlıcası Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün 5 dildə 20 Yanvar faciəsini Azərbaycan xalqının qəhrəmanlıq tarixi olaraq 25 gənc tərəfindən səsləndirilərək “Tariximiz milli dəyərimizdir” adlı film çəkilmişdir. Filmin ideya müəllifi İctimai Birliyin sədri Elvin Talışınski olmuşdur. Elvin müəllimin birbaşa təşəbbüsü ilə film lentə alındıqdan sonra ali təhsil müəssisələrində və İcra hakimiyyətinin tabeçiliyində olan Heydər Əliyev mərkəzlərində nümayiş etdirilmişdir. Ən önəmli məqam isə həmin filmin xarici ölkələrdən olan qonaqlar tərəfindən izlənməsi və öz ölkələrinə aparılmasıdır.
 
Bunlardan əlavə olaraq Elvin müəllimin zəngin irsimizin, dəyərlərimizin qorunması və təbliğ edilməsi məqsədilə bütün respublikanı əhatə edən “Doğma Azərbaycanım” başlığı altında layihə həyata keçirilməkdədir. Bu layihə çərçivəsində E.Talışınski tarixi-dini abidələrin dünəndən bu günə qədər keçdiyi tarixi yolu araşdırılmasını və ictimaiyyətə çatdırılmasını nəzərdə tutmuşdur. Eyni zamanda müəllifin əsas məqsədi əsrlər sonra Erməni təcavüzkarları və qəsbkarları tərəfindən Azərbaycan xalqının tarixi-dini abidələrini, ümumiyyətlə tarixini mənimsəmələrinin qarşısını almaqdır. Bu layihənin əsas özəlliyi burada müxtəlif bölgələrdən olan 100-dən çox gəncin iştirak etməsidir. Həqiqətən də bu günkü qloballaşma dövrünü yaşayan dünyada milli dəyərlərin qorunub saxlanılması olduqca mühüm məsələdir ki, dövlət başçımız İlham Əliyev öz çıxışlarında bu məqama xüsusi diqqət və qayğının göstərilməsini dəfələrlə qeyd etmişdir. Cənab Prezidentin rəhbərliyi ilə bu sahədə dövlət siyasəti də aparılır ki, bu siyasətə dəstək olaraq gənc fəal ictimaiyyətçilərin iştirakı olduqca zəruridir.
 
Elvin Talışınski də məhz bu gənclərdəndir. Onun milli-mənəvi dəyərlərin təbliği sahəsində gördüyü işlər cəmiyyət tərəfindən də yüksək qarşılanır. Bütün bunlar əlbəttə ki, təqdirəlayiqdir. Bu cür mənəvi dəyərlərə önəm verən, savadlı, dünyagörüşlü, xalqını, vətənini, dövlətini sevən perspektivli kadrların olması dövlətimiz üçün böyük uğurdur. Dövlətimiz, vətənimiz və xalqımızın uğurlu bir sabahı üçün bu cür insanları qoruyaq.
 
Ömər Kərimli








Redaktorun seçimi