Bakı məscidlərində xanım Zeynəbin (ə) doğum günü qeyd olunub - FOTOLAR

Hit: 1417
Bakı məscidlərində xanım Zeynəbin (ə) doğum günü qeyd olunub - FOTOLAR
İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərini dünyaya çatdıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı Həzrət Zeynəbin (ə) doğum günü ilə bağlı paytaxt Bakı məscidlərində mərasimlər keçirilib.
 
Keçirilən mərasimlərdə ilahiyyatçı alimlər, ziyalılar, inanclı insanlar iştirak ediblər.
 
Məlumat verilib ki, İslamın əzəmətli qadınlarından və Kərbəla qəhrəmanı kimi məşhur olan Xanım Zeynəb (ə) hicrətin 5-ci ilində Cəmadiul-əvvəl ayının 5-də dünyaya göz açıb. Xanım Zeynəb (s.ə) yüksək əxlaqa, səbrə, əzəmətə, elmə və natiqliyə sahib bir xanım idi. Xanım Zeynəb, təkcə qadınlar arasında deyil, kişilər arasında da nümunəsi az-az tapılan qadın idi. Xanım Zeynəb (ə) hələ uşaq yaşlarından yüksək mərifətə sahib idi. Xanımın həyatının ən çətin və ən dəyərli anları Kərbəla müsibətində - qardaşı İmam Hüseynin (ə) Qafiləsində olmasıdır. Buna görə də Xanımı "müsibətlər anası" adlandırırlar.
 
Qeyd edək ki, mərasimlərdə dualar edilib, ehsan süfrələri açılıb. (SalamNews )
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi