Şamaxı “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı - FOTOLAR

Hit: 1480
Şamaxı “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı - FOTOLAR
Bu gün  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Şamaxı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
 
Şamaxı “ASAN xidmət” mərkəzi əsasən Şamaxı, Qobustan, İsmayıllı, Ağsu və Göyçay rayonlarında qeydiyyatda olan 450 minə yaxın vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərəcək.
 
Qeyd edək ki, 5 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.
 
Hazırda 16 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i paytaxt Bakıda, digər 11-i isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki və Şamaxıdadır.
 
“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı ətraflı məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə və ya www.asan.gov.az saytından əldə etmək olar.
1
1
1
1








Redaktorun seçimi