Buzovna "Cümə" məscidinin 130 illiyi qeyd olundu - FOTOLAR

Hit: 1099
Buzovna "Cümə" məscidinin 130 illiyi qeyd olundu - FOTOLAR

Buzovna "Cümə" məscidində Nəsiminin 650 illiyinə həsr edilmiş tədbir keçirilib.

Faktor.az xəbər verir ki, tədbir çərçivəsində məscidin 130 illiyi həmçinin  Xəzər rayonunun Qazısı Hacı Soltanın 61 illiyi qeyd edilib.

Məlumat verilib ki, Buzovna "Cümə" məscidinin inşasına 1896-cı ildə başlanmış, lakin tikinti işləri 1900-cü ildə yarımçıq qalmışdır. Tikintisinə 1918-ci ildə yenidən başlansa da, tam yekunlaşmamışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra yarımçıq qalmış məscidin binasından anbar və dükan kimi istifadə olunmuşdur.

2007-ci ildə Buzovna sakinləri Cümə məscidində bərpa işlərinin başa çatdırılması ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət etmiş və məsələ tez bir zamanda öz həllini tapmışdır. Həmin ilin fevralında başlanan yenidənqurma işləri nəzərdə tutulmuş vaxtda başa çatdırılmış, məscid 2009-cu il dekabrın 19-da istifadəyə verilmişdir. Məscidin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər.
 
Mərasimdə ilayiyyatçı alimlər, ziyalılar, ağsaqqallar iştirak etmişdir.
1
1
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi