Daha 27 mənzil şəhid ailələri və müharibə əlillərinə verildi - FOTOLAR

Hit: 480
Daha 27 mənzil şəhid ailələri və müharibə əlillərinə verildi - FOTOLAR
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı tədbirləri bu gün Abşeron rayonunun Saray qəsəbəsində davam etdirilib. Burada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni yaşayış binalarından alınmış və müasir tələblərə uyğun yaşayış şəraitinə malik 27 mənzil bu kateqoriyalardan olan vətəndaşlara təqdim edilib.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Hidayət Abdullayev   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm istiqamətlərindən birinin əhalinin həssas qruplara diqqət və qayğının artırılması olduğunu vurğulayıb. Bu istiqamətdə atılan ardıcıl addımlardan bəhs edən H.Abdullayev bildirib ki, şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə dövlət qayğısı da ildən-ilə artırılır. Cari ildə də ölkəmizdə sosial sahədə 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olan inqilabi addımlar atılmaqla, eyni zamanda şəhid ailələrinə və müharibə əlillərinə yönələn sosial ödənişlərin təqribən iki dəfə artırılması təmin edilib.
 
H.Abdullayev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı proqramının da ildən-ilə gücləndirildiyini deyib. Bildirib ki, ötən il şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilibsə, bu il 50 faiz çox olmaqla onlara 934 mənzil verilməsi nəzərdə tutulub və artıq böyük əksəriyyəti verilib. İndiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7235 mənzil və fərdi ev təqdim edilib.  Eyni zamanda, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 265 müharibə əlilinə avtomobil verilibsə, cari ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobil verilməsi planlaşdırılıb və artıq 500-ə yaxın avtomobil təqdim edilib. Ümumən isə indiyədək müharibə əlillərinə 6465 minik avtomobili verilib.
 
Yeni mənzillə təmin olunan vətəndaşlar aparılan uğurlu islahatlardan, şəhid ailələrinə, müharibə əlillərinə daim artan dövlət qayğısından razı qaldıqlarını, onlara göstərilən yüksək qayğıya və bu gün yeni mənzillərlə təmin edildiklərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi