Səkinə Babayeva “Xəzər” Milli Mükafatı ilə təltif olundu

Hit: 1302
Səkinə Babayeva “Xəzər” Milli Mükafatı ilə təltif olundu
Bakı Tekstil Fabrikinin direktoru, Azərbaycan Qadın Sahibkarları Assosiasiyasının sədri Səkinə Babayeva “Xəzər” Milli Mükafatı ilə təltif olunub. O, sahibkarlığın inkişafındakı xidmətlərinə görə bu mükafata layiq görülüb.
 
Ölkəmizi beynəlxalq səviyyədə uğurla təmsil edən və daxili istehsal hesabına yerli bazarı keyfiyyətli məhsullarla təhciz edən Bakı Tekstil Fabriki məktəbli geyimləri, eyni zamanda digər yaş kateqoriyalarına aid insanlar üçün də geyimlər istehsal edir və öz sahəsində Cənubi Qafqazın lider müəssisələrindən biridir.
 
Səkinə Babayeva həmçinin Azərbaycan Qadın Sahibkarları Assosiasiyasının sədri olaraq qadın sahibkarlar arasında faydalı və qarşılıqlı münasibətlərin qurulmasına böyük tövhə verir.
 
Xatırladaq ki, “Xəzər” Milli Mükafatı Sosial Media Mərkəzinin layihəsidir və hər ilin sonunda öz sahəsində fərqlənən şəxslərə – Milli Məclisin deputatlarına, dövlət məmurlarına, KİV-lərə və ictimai xadimlərə təqdim edilir.








Redaktorun seçimi