Dünyadan təcrid olunmuş milyonların fəryadı

Hit: 577
Dünyadan təcrid olunmuş milyonların fəryadı
Bir zamanalar ilk türk əlifbasını yaratmış, ilk möhtəşəm türk yazılı abidələrindən olan “Qutadqu -  Biliy”i yazmış, türk toplumları içində ilk islam türk dövlətini qurmuş və  yenə türk boyları içində ilk şəhər həyatını və mədəniyyətini başlayanlar uyğur türkləri, acınacaqlı haldır ki,  bu gün Çin hakimiyyətinin rəzalət doğuran qırğınlarına qatlanmağındadır. Öztürkcəmiz bildiyimiz,  günlük həyatımızıda istifadə etdiyimiz bir çox qavram və sözlərin uyğurlardan bizə qədər gəldiyi də ayrıca bir mövzunun bəhsidir. 
Bu dünyada Hitlerin, faşistlərin adı çıxıb.  İllərdir uyğur türklərinin rəsmən yox edilməsi üçün Çin hakimiyyəti törətmədiyi cinayət qalmayıb. Bütün dünya bilir ki, Çinin 1 milyondan çox uyğur türkünü təlim düşərgələrində iyrənc şəkildə yoxluğa tərk edib. Bir neçə gün əvvəl bu məslə ilə bağlı Amerika Nümayəndələr Palatası da, Almaniyanın Xarici İşlər naziri Naney Pelesi də “Pekinin barbarca siyasətini uyğurların insanlıq ləyaqətini  və insan haqlarını təhlükəyə atdığını” ifadə etmiuşdi.  Hətta ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsi  (1 səsə qarşı 407 səslə) Çinin Şimal Qərbindəki Sincan əyalətində yaşayan müsəlman uyğur türklərinin təlim düşərgələrində məhv edildiyi şəklində yerini aldı. 
Almaniya Sossial Demokratik Partiyasının (ASDP) başqanı “Əgər yüz minlərcə uyğur düşərgələrdə zorakılıq tətbiq edilərək saxlanılırsa, beynəlxalq ictimaiət buna göz yuma bilməz”, - deyə münasibətini kəsgin olaraq bəyan etdi.  
Ən acınacaqlısı budur ki, həmişə Çin dövlətinin açıq vəhşiliklərinə qarşı gələn Türkiyə dövləti dilini ağzında gizlədib. Sanki səsiniu içinə salmış durumdadır. Bəziləri bildirir ki, Ərdoğan hakimiyyəti  Avropadakı bütün əlaqələri sıfıra endirdiyindən, yeni-yeni düzəlməyə başlayan və  aralarındakı ticari müqavilələrdən dolayı bu günkü Türkiyə hakimiyyəti mənfur Çinlə münasibətlərin qopmasını heç cürə istəmir. Ancaq yadımdadır ki, Ərdoğan 2009-cu ildə Çin hakimiyyətinə və onların Uyğurstandakı apardığı faşist siyasətinə etiraz etmiş, bir sözlə hakimiyyət adından Türkiyə dövləti öz sözünü demişdir. Maraqlı olan budur ki, bu baş verən gerçək hadisələrə münasibətini bildirən xristian dövlətlərinin fonunda bütün müsəlman dövlətləri bir mənalı şəkildə səsini çıxarmır, sanki görməzlikdən gəlirlər. Çin, doğrudanmı, bu hadisələrlə göstərir ki, yaxın gələcəkdə dünyaya hökm etmək şansına sahibdir. Nə olursa olsun, kim nə deyirsə desin, uyğur türkləri Çinin bağrına saplanmış bir xəncər olacaqıdır. Çin hakimiyyəti əsasən də bu məsələdə iki nüansdan narahat olduğundan ön tədbirlərə əl atır. Hər kəs bilir ki, Çin dövləti uyğurlara pasport, kimlik vermir. Rəsmi qeydiyyatda 40 milyondan artıq uyğur göstərilsə də, gerçəklər uyğurların bu gün yer üzündə say etibari ilə 1 milyondan çox olduğunu söyləyir. 
Çİn nə edir deyirsiniz?  Yuxarıdakı sətirləri yazarkən sözlər arasından xeyli yad səslər, naşı etirazlar eşidə bilirdim. Çin məscidləri yerlə yeksan edir. Şəhər mədəniyyətinə sahib olan uyğurların mədəni abidələrini dünyanın gözləri önündə dağıdır.  Bunlar öz yerində, uyğur gənclərinin üzərində uyğuladıqları müxtəlif ağılalmaz yöntəmlərlə onların nəsil, soy davamının bitməsini həyata keçirir. Milyonlarla uyğur bu gün toplama və təlim adı verdikləri düşərgələrdə sərt rejim və onların üzərindəki basqı, uyğulamlarla əsl qeyri-insani bir həyat şərtlərində yaşamağa məcbur edilir. Sizcə, milyonlarla insana kütləvi nəzarət tətbiq edilərmi? Ağlınıza gələn nə varsa, uyğurlar çağdaşlıq adına bütün vasitələrdən təcrid ediliblər. Kamplardakı həyata keçirilən döyülmə, işgəncə, zülm, qadınlar üzərindəki insanlığa yaraşmayan hərəkətlər əsl vəhşətdən xəbər verir. Məcburi qısırlaşdırma kimi zor tətbiqatı dayanmadan  gerçəkləşdirilir. Uyğurlar  yer üzündə tənhalığa tərk edilmiş, Çin adlı bir vəhşətin bütün anti-əxlaqi qəzəbində  boğulmağa itilmişdir. Ölüm düşərgələrində minlərlə adsız qəhrəmanlar yox edilməkdədir. Saysız -  hesabsız uyğur uşaqları ata-anasının əlindən alınıb, ixtiyarından çıxardılıb çinli kimi böyüdülür, tərbiyə edilir. O uşaqların, o uşaqların valideynlərinin üzərində elə bir peperparat, vaksinlər yoxdur ki, təcrübədən keçirilməsin. 
Öz ana dilində yazıb oxuya bilməyən bu xalq 21-ci əsrdə ən gülünc vəziyyətə düşürülüb. Yer üzündə hələ kimsənin əlifbası olmayanda uyğurun əlifbası vardı. O bu əlifbasıyla yazıb oxuyur, haqqı nahaqdan ayrıd etməyi bacarırdı. Kimsənin dövləti qurulmamaışdan, uyğur türkünün dövləti vardı. İndi bu zalım tarix bir zalım qövmə məxsus sistemin ölüm maşınına tərk edilmiş soydaşlarımızıdan sanki tarixin qisasını alır. 
Siz bilirsinizmi, bu son 50-60 ildə nə qədər uyğur Çin istibdadından qaçıb Türkiyəyə, digər ölkələrə sığınıb. Onların çoxunun doğma vətənindəki heç bir yaxınıyla əlaqə saxlamağa imkanı yoxdur. Çünki kiminlə danışsalar onun ölüm fərmanı hazırdır. Bunları bir tərəfə qoymaq olar, ancaq, bir ana 4 uşağıyla Çindən  canını alıb qaçırsa, onun 3 uşağını Çin höküməti zorla əlindən alıb öz düşərgələrində çinli kimi böyüdür və beyinlərini yıxamaqla məşğuldursa, bunun bu günkü dünyanın hesab  -  kitabında  “VƏHŞƏT”dən başqa heç bir adı yoxdur. Təsəvvür edin, bir dəfə Türkiyədə belə bir ailə ilə tanış olmuşdum. Ana elə sızıldayırdı ki, mənim nəgfəsim tutulurdu. Adamı öldürərsən bitər gedər, ancaq bu Çin dövlətinin rəzaləti, uyğurlar üzərində apardığı siyasətin anlatmaq üçün heç bir söz köməyə gəlmir. Balacasından tutmuş böyüyünə kimi Çİn Komunist Partiyasının adını, ondan başqa hər şeyin yalan olduğunu gün ərzində dəfələrlə beyinlərinə mismar kimi çalırlar. Bu rəzalətin qarşısında dözmək əsla mümkün deyil. 
Çin uyğurların içində elə bir əməliyyat həyata keçirib ki, onların ARASINDAN irəli çıxıb millətinə sahiblənəcək, doğru yol göstərəcək bir kəs  qalmayıb. Bir sözlə, bütün bu baş verənlərlə paralel olaraq uyğurlar savadsızlığın, oxuma-yazma bilməməyin ağır əzabı, işgəncəsi altında inləyir.
Gerçəkdən, uyğur qadınlarının bu zorun, zülmün qarşısında necə abır-həyalarına qısılıb yaşadıqlarından danışmıram. Yer üzündə kimsə bu istibdada, əsarətə, təhqirə dözə bilməz. Söhbət ondan gedir ki, bir zamanlar tarixdə dövlət qurmuş, dünyaya dövlət modeli təqdim eləmiş bir xalqın dövlət olmasına razılıq verməyən güclər, guya indi onların bir toplum kimi yer üzündən silinməsi müstəvisində aparılan soyqırım siyasətinə qarşı Çinə etirazlarını bildirirlər. 
Demirəm ki,bu gün əllərində heç bir imkan, iqtidar olmayan soydaşlarımıza, heç olmasa dünyanın bir toplumuna yönəlik aparılan iyrənc siyasətə qarşı haqq səsimizi ucaltmaq zorundayıq. Məncə, uyğurlara türk olduqları üçün, müsəlaman olduqları üçün deyil, məhz insan olduqları üçün,  əzildiklərindən dolayı səsimizi ucaltmalıyıq.
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi