Firudin Qurbanov Abşeronda gənc müəllimlərlə görüşüb - FOTOLAR

Hit: 565
Firudin Qurbanov Abşeronda gənc müəllimlərlə görüşüb - FOTOLAR
Dekabrın 13-də Təhsil nazirinin müavini Firudin Qurbanov Abşeron rayonunda gənc müəllimlərlə görüşüb.
 
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə baş tutan görüşdə Abşeron, Şuşa və Zəngilan rayon ümumtəhsil məktəblərində fəaliyyət göstərən 400-dən çox müəllim iştirak edib.
 
Abşeron Rayon Mədəniyyət Mərkəzində keçirilən görüş zamanı Firudin Qurbanov müasir dövrdə müəllimdən tələb olunan keyfiyyətlər haqqında geniş çıxış edib. Nazir müavini müəllimin yüksək peşəkarlıq və insani keyfiyyətlərə, öyrənməyi öyrədə bilmək bacarığına malik olmasının, həmçinin şagirdlərə qarşı sevgi və hörmətin labüdlüyünün vacibliyini vurğulayıb.  Firudin Qurbanov qeyd edib ki,  müəllimin əsas vəzifələrindən biri şagirdə  informasiyalardan düzgün istifadə etməyi öyrətməkdir. Nazir müavininin sözlərinə görə, müəllim təkcə fənni tədris etməməli, həmçinin şagirdin tənqidi düşüncəsi, təhlil bacarığını müəyyən etməlidir. Bundan əlavə, müəllimlər dərs zamanı şagirdlərin sağlamlığına da önəm verməlidirlər.
 
Nazir müavini Firudin Qurbanov çıxışında təhsil sahəsində əldə edilən nailiyyətlərdən və görülən işlərdən də ətraflı söz açıb.
 
Görüş gənc müəllimlərlə qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirilib.
1
1
1
1
1
1








Redaktorun seçimi