Ulu Öndərin əziz xatirəsi ehtiramla yad olunur

Hit: 524
Ulu Öndərin əziz xatirəsi ehtiramla yad olunur
Dekabrın 12-də insanlar səhər saatlarından başlayaraq Fəxri Xiyabana gəlir, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini anırlar.
 
Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi, professor-müəllim heyəti və tələbələri Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. 
 
Müasir müstəqil Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər arasında müxtəlif təbəqələri təmsil edən insanlar - hərbçilər, dövlət, təhsil, mədəniyyət, tibb müəssisələrinin nümayəndələri, müharibə və əmək veteranları, tələbələr, şagirdlər var.
 
Xalqımız Vətən və millət qarşısında misilsiz  xidmətlər göstərmiş Ulu Öndərin xatirəsini daim əziz tutacaq.








Redaktorun seçimi