“Azərbaycan mətbəxində dolmalar. 381 çeşid” adlı kitabın təqdimatı olacaq

Hit: 488
“Azərbaycan mətbəxində dolmalar. 381 çeşid” adlı kitabın təqdimatı olacaq
Çində keçirilən Beynəlxalq kitab sərgisində "Dünyanın ən yaxşı qurman kitabı" seçilən “Azərbaycan mətbəxində dolmalar. 381 çeşid” adlı kitabın, Regional Hüquqi və İqtisadi Maarifləndirmə ictimai birliyi tərəfindən təqdimat mərasimi keçiriləcək.

Daimi olaraq Azərbaycan mətbəx mədəniyyətini diqqətdə saxladığına, dünya miqyasında tanıtdığı və UNESCO-nun qeyri-maddi mədəni irs reprezentativ siyahısında dolmanın Azərbaycanın qeyri-maddi mədəni irs nümunəsi kimi yerini tutmasında böyük zəhmətinə görə kitab Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun Prezidenti, UNESCO və İSESCO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevaya ithaf edilmişdir.

Mərasim 15 dekabr 2019-cu il tarixində saat 18:00-da Hilton oteldə baş tutacaq.








Redaktorun seçimi