“İki əsrin şahidi, iki əsrin lideri”

Hit: 608
“İki əsrin şahidi, iki əsrin lideri”
Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümünə həsr edilmiş “İki əsrin şahidi, iki əsrin lideri” adlı anım tədbiri keçirilib.
 
Tədbirdə 1-ci dərəcə dövlət müşaviri, tarix elmləri doktoru Dilarə Seyidzadə, Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri Aygün Əliyeva,Vüsar İsmayılov, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova, Milli Məclisin deputatı, İnsan Hüquqları üzrə Beynəlxalq Ekspert Komissiyasının sədri Aytən Mustafayeva, Millət Vəkili Fəzail İbrahimli, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov,Aparatın şöbə müdirləri,Binəqədi Rayon İcra Hakimiyyətinin və Prezidentin İşlər İdarəsinin və Siyasi sənədlər Arxivinin məsul əməkdaşları Səhiyyə, məktəb və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak edib.İlk olaraq tədbir iştirakçıları Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə gül qoyuldular.Daha sonra Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində mühafizə olunan, 1969-1982-ci illəri əhatə edən sənəd və fotoşəkillərdən ibarət sərgi nümayiş etdirildi.Tədbir Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək başlanıldı.Çıxış nitqi ilə tədbiri açıq elan edən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolunun zaman və məkan anlayışına sığmadığını bildirdi. Natiq Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşliyin hələ gənc yaşlarından özünü göstərirdiyini qeyd etdi.
 
Çıxış üçün söz verilən Millət Vəkilləri Fəzail İbrahimli, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Heydər Əliyevin səyi nəticəsində 1994-cü ildə “Əsrin Müqaviləsi” imzalandığını, Yeni müqavilələr və kontraktların ölkəmizin iqtisadiyyatının güclənməsinə səbəb olduğunu bildirdilər.
 
Çıxış edən 1-ci dərəcə dövlət müşaviri, tarix elmləri doktoru Dilarə Seyidzadə Ulu öndərlə birlikdə çalışdığı illərdən bəhs etdi. Natiq bildirdi ki, məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər. Tədbir Ümummili liderin fəaliyyətindən bəhs edən videoçarxın nümayiş edilməsilə başa çatdı.








Redaktorun seçimi