Video dərslər- təhsilin əlçatanlığı

Hit: 445
Video dərslər- təhsilin əlçatanlığı
Təhsil Nazirliyinin video.edu.az  portalına 1280-dən çox video dərslər yerləşdirilib. Elektron portalda hər ay belə dərslərin sayı  artırılmaqdadır.
 
Portalda  3D animasiyalı videolar, “Khan Academy” dərsləri və qiymətləndirmə sistemli video dərslər mövcuddur. Dərslər yerli və xarici müəllimlərin iştirakı ilə milli kurikuluma uyğun hazırlanır.
 
Qeyd edək ki, portal müəyyən mövzunun izahında iştirak edə bilməyən və yaxud mövzunu daha yaxşı mənimsəmək istəyən şagirdlər, həmçinin təcrübəli həmkarlarının dərslərini izləmək istəyən müəllimlər üçün geniş imkanlar təqdim edir. Eyni zamanda portal valideynlərin övladlarının təhsillərində iştirak etməsinə dəstək vermiş olur. 








Redaktorun seçimi