AzMİU adı növbəti dəfə beynəlxalq reytinq bazasına daxil edilib

Hit: 409
AzMİU adı növbəti dəfə beynəlxalq reytinq bazasına daxil edilib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) adı bu il üçüncü dəfə “UI Green Metric World University” reytinq bazasında dünyanın ən ekoloji universitetləri siyahısına daxil edilib.
 
Universitetdən Faktor.az-a bildirilib ki, “UI Green Metric World University” reytinqi İndoneziya Universiteti tərəfindən 2010-cu ildən nəşr olunur. Bu il AzMİU dünyanın ən yaxşı 780 universiteti arasında 446-cü yerdə qərarlaşıb. AzMİU ilə yanaşı, Böyük Britaniyanın Oksford Universiteti, İtaliyanın Bolonya Universiteti və bu kimi digər dünyanın öndə gedən universitetləri siyahıda yer tutub.
 
Azərbaycanın ali məktəbləri arasında AzMİU ilk universitetdir ki, beynəlxalq reytinq sistemində yer alıb. Siyahıya düşmək üçün istehlak və enerjiyə qənaət göstəriciləri, su ehtiyatlarının səmərəli istifadəsi, tullantıların saxlanılması və emalı, ətraf mühitə uyğun nəqliyyat vasitələrinin istifadəsi və kampus ərazisində yaşıllıq sahəsi qiymətləndirilir. Eyni zamanda, reytinqdə təhsil və elmi fəaliyyət göstəriciləri də nəzərə alınır.
 
“UI Green Metric World University” ekologiya sahəsində yeganə beynəlxalq reytinq bazasıdır və məqsədi ətraf mühitin problemlərinin həllinə kömək etməkdir.








Redaktorun seçimi