" Buralarda 30-40 metrə çatan aysberqlər var" - Rövşən Abdullaoğlu yazır

Hit: 912
" Buralarda 30-40 metrə çatan aysberqlər var" - Rövşən Abdullaoğlu yazır
Buzlaqlar, aysberqlər – bu təbiət möcüzəsini öz gözümüzlə görmək fərqli duyğudur. Ara vermədən yağan qar bərkiyərək torpağın üzərində bəzən qalınlığı bir kilometrdən çox olan buz təbəqəsinə çevrilir.
 
Aysberqlər də bu buz təbəqəsindən qopmuş parçalardır. Şimal qütbündə aysberqlərin əksəriyyəti Qrenlandiyada, cənubda isə Antarktidada əmələ gəlir. Dünyada ən böyük aysberq məhz Antarktidadadır. Sahəsinin 11 min kv.km olduğu deyilir, təsəvvür edin ki, Bakıdan beş dəfə böyükdür.
 
Materikə yaxınlaşdıqca aysberqlərin, buz lövhələrinin sayı da çoxalır. Gəmimizin sürəti də azalır, kapitan bu buz qayalarını əvvəlcədən görür və buna uyğun istiqamət götürür. Buz lövhələrinin ölçüsü böyük olduqca yarada biləcəkləri təhlükə də artır. Bir də hərəkət etdiklərini düşündükdə təhlükəni daha real təsəvvür etmək olur.
 
Üstəlik, aysberqin çox kiçik hissəsi görünür, təxminən 90 %-i suyun altında olur. Hündürlükləri də fərqlidir, buralarda 30-40 metrə çatan aysberqlər var. Yayda onların sudan çöldə qalmış hissələri qismən əriyir, lakin yay ayları elə də uzun sürmədiyindən tezliklə ərimiş bu hissə yenisi ilə əvəzlənir və beləliklə də buz lövhələri daha da böyüyür. İndi bu prosesin illərcə davam etdiyini düşünün. Bir də bu nəhəng soyuq qayalara lap yaxınlaşanda, gölgəsi üzərinə düşəndə soyuq havayla birgə içinə dolan möhtəşəmlik duyğusu var...








Redaktorun seçimi