“BakuBus” vətəndaşlara müraciət etdi

Hit: 542
“BakuBus” vətəndaşlara müraciət etdi

Avtobusları çirkləndirməyin!

“BakuBus” MMC sərnişinləri təmizliyə riayət etməyə, avtobuslara tullantı atmamağa, salonu çirkləndirməməyə çağırır.
 
Belə ki, “BakuBus” MMC-yə məxsus avtobuslar hər gün qarajda yuyulur, təmizlənir və mütəmadi olaraq, dezinfeksiya edilir. Lakin bəzi sərnişinlər xətdə olan avtobuslara tullantılar atır, salonu çirkləndirirlər. Bununla da, onlar digər sərnişinlərin rahatlığını pozurlar. Xətdə olan, salonuna tullantı atılmış, çirkləndirilmiş avtobusların təmizlənməsi isə əlavə vaxt tələb edir.
“BakuBus” MMC vətəndaşlardan da təmizliyə riayət etməyərək avtobuslara tullantı atan, salonu çirkləndirən şəxsləri belə hərəkətlərdən çəkindirməyə səsləmələrini xahiş edir.








Redaktorun seçimi