Azərbaycan Misirdə keçiriləcək Dünya Gənclər Forumunda iştirak edəcək

Hit: 173
Azərbaycan Misirdə keçiriləcək Dünya Gənclər Forumunda iştirak edəcək
14-17 dekabr 2019-cu il tarixlərində Misir Ərəb Respublikasının Şarm Əl Şeyx şəhərində Misir Ərəb Respublikasının Prezidenti Zati-aliləri Abdel Fattah El Sisinin himayəsi və iştirakı ilə III Dünya Gənclər Forumu keçiriləcək.
 
Bunu Faktor.az-a açıqlamasında Misirin Azərbaycandakı səfiri Adel İbrahim deyib.
 
Səfir Adel İbrahim Dünya Gənclər Forumunda iştirak etmək üçün Forumun rəsmi saytında qeydiyyatdan keçməklə dünyanın bütün ölkələrindən 18-40 yaş arasında olan gənclərin Forumda iştirak edə biləcəyini diqqətə çatdıraraq seçimin Forumun təşkilat komitəsi tərəfindən həyata keçirildiyini və bu ilki Forumda Azərbaycandan 32 gəncin iştirak üçün seçildiyini diqqətə çatdırıb.
 
Səfir onu da qeyd etdi ki, xüsusi olaraq Misir və Azərbaycan gəncləri arasında, ümumiyyətlə isə Forumda iştirak edəcək dünya gəncləri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün Misir tərəfi Forum iştirakçılarının təyyarə biletlərini, və mehmanxana xərclərini ödəməyi öz üzərinə götürüb.
 
Səfiri Dünya Gənclər Forumunun üç əsas mövzuya -sülh, inkişaf və yaradıcılıqmövzularına müraciət etdiyini, Forumda gənclər üçün maraq doğuran bir sıra müxtəlif mövzuların müzakirə olunacağını və həmçinin bu Forumun dünyamızın üzləşdiyi problemlərə dai, dünya gənclərinin öz fikirlərini, gənclik nöqteyi-nəzərindən bildirmələri üçün bir platforma olduğunu vurğuladı.
 
Diplomat onu da əlavə etdi ki, birinci Forum 2017-ci ilin noyabr ayında 113 ölkədən 3000 gəncin iştirakı ilə, ikinci Forum 2018-ci ilin noyabr ayında 169 ölkədən 5000-dən çox gəncin, o cümlədən də Azərbaycandan 14 gəncin iştirakı ilə keçirilmişdir.







Redaktorun seçimi