Bu gün həzrət Məsumə xanımın (s.ə) vəfat günüdür

Hit: 1017
Bu gün həzrət Məsumə xanımın (s.ə) vəfat günüdür
Məsumə xanımın Qumda dəfn edilməsindən sonra Əhli-Beyt aşiqlərinin ziyarət üçün bu bölgəyə axışması daha sonra Qum şəhərini nəhəng bir dini-elmi mərkəzə çevirdi.
 
İmam Rzanın Qum şəhərində dəfn edilmiş bacısı həzrət Fatimeyi Məsumə xanım hicri-qəməri tarixi ilə Zil-Qədə ayının 1-də doğulub və rəbius-sani ayının 10-u vəfat edib. Həzrət Məsumə 28 il ömür sürüb.
 
Tarixi faktlara əsasən İmam Rza xəlifə Məmun tərəfindən Mərvə aparıldıqdan sonra Mədinədə olan ələvilər də buraya axışmağa başladılar. Həzrət Məsumə xanım hicrətin 201-ci ilində Mərvə yola düşür. Lakin İranda Savə adlanan bölgədə Əhli-Beyt düşmənləri onun yolunu kəsir və həzrət Məsumə Quma getməyə məcbur qalır. Həzrət Məsuma Quma gəldikdən cəmi 17 gün sonra ağır qızdırmadan vəfat edir.
 
Qum şəhəri Məsumə xanımdan öncə quraqlıq və kasıbçılığın hökm südüyü kiçik bir kənd imiş. Məsumə xanımın Qumda dəfn edilməsindən sonra Əhli-Beyt aşiqlərinin ziyarət üçün bu bölgəyə axışması daha sonra Qum şəhərini bir dini-elmi mərkəzə çevirmişdir.
 
Əllamə Məclisi Biharul-Əhvar əsərinin 102-ci cildində Məsumə xanımın məqbərəsini ziyarət etmək haqda belə bir hədisi nəql edir:
 
“İmam Rza Səd ibni Səd əl-Əşəriyə belə dedi: Ey Səd! Bizdən bir nəfərin məzarı sizin yanınızdadır bilirsən!? Səd deyir: Ərz etdim ki ey İmam bəli bilirəm, siz Fatimə binti Musa ibni Cəfərin qəbrini deyirsinizmi?. İmam buyurdu: Bəli, Ey Səd onun məqamını tanıya bilən bir şəxs onu ziyarət edərsə, cənnətlik olar. Onun qəbrinə yaxınlaşanda başının üstündə dur və 34 dəfə “Allahu-Əkbər”, 33 dəfə “Subhanəllah” və 33 dəfə “ əl-Həmdu lillah” de! Ondan sonra isə bunu de: Əssəlamu əla Adəm sifvətillah......”








Redaktorun seçimi