Türkiyənin tanınmış sənətçisi Qənirə Paşayeva ilə görüşüb

Hit: 349
Türkiyənin tanınmış sənətçisi Qənirə Paşayeva ilə görüşüb
Qardaş Türkiyənin tanınmış sənətçisi Haluk Levent bir müddət öncə qardaş Türkiyədə limfoma xərçəngindən müalicə olunan, ciddi və bahalı əməliyyata ehtiyacı olan Azərbaycanlı Sura xanım üçün Bakıda pulsuz konsert vermək istədiyini bildirmişdi. Bir çox gözəl layihələrə imza atan Nərgiz Fondun ("Nargis Fond") dəstəyi ilə təşkil olunan konsert bu gün axşam saat 20:00-da Elektra Events Hall-da keçiriləcək.

Bu məqsədlə ölkəmizdə səfərdə olan qardaş Türkiyənin tanınmış sənətçisi Haluk Levent və onunla birlikdə ölkəmizə gələn musiqiçi qrupu millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin rəhbəri Qənirə Paşayeva ilə görüşüb və Ankarada keçirilən ödül törənindən sonra Bakıda onunla təkrar görüşməkdən böyük məmnunluq duyduğunu deyib. Qənirə Paşayeva Haluk Leventə bir neçə gün öncə Ankarada ödül törənindəki görüşü zamanı söylədiyi kimi yenə də azərbaycanlı bir gənc xanım üçün belə bir humanist addımından dolayı təşəkkürünü bildirib. Millət vəkili Qənirə Paşayeveva görüş zamanı Haluk Leventə ölkəmiz, qədim Azərbaycan mədəniyyətinin yetişdirdiyi böyük musiqiçilər, dəyərli şəxsiyyətlərimiz, 2 ölkə arasındakı mədəni əlaqələrin artmasının vacibliyi, bu məsələdə sənətçilərin rolu barədə öz fikirlərini bölüşüb və geniş fikir mübadiləsi aparılıb. Ölkəmizi çox sevdiyini deyən Haluk Levent bundan sonra da Azərbaycanla ortaq layihələrin sayının çox olmasını istədiyini vurğulayıb.
 
Görüşün sonunda millət vəkili Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İnstitutu İctimai Birliyinin rəhbəri Arzu Bağırova Haluk Leventə Azərbaycanın tanınmış rəssamı Sabir Çopuroğlunun neftlə çəkdiyi “Yolçuluq” adlı əsəri təqdim ediblər, ona həyatında və fəaliyyətində uğurlar diləyiblər.
 
Qeyd edək ki, bu konsertdən gələn bütün gəlir limfoma xərçəngindən əziyyət çəkən Suranın qardaş Türkiyədə bahalı əməliyyatına yönələcək. İnanırıq ki, insanlarımız bu konsertdə fəal iştirak edəcəklər. Çünki insanlarımız bu konsertdə iştirak etməklə həm yüksək musiqidən, Haluk Leventin gözəl ifalarından zövq alacaqlar, eyni zamanda da Suraya dəstək olacaqlar. Ona görə də insanlarımızı bu məsələdə aktiv olmağa çağırırıq.
 
Gəlin Suraya bu əməliyyatı edə bilməsi üçün dəstək olaq ki, oda sağlamlığına qovuşub əzizlərinin yanında dönə bilsin. Bir daha Haluk Leventə, onunla birlikdə ölkəmizə gələn musiqiçi qrupuna, təşkilatı dəstəyə görə Nərgiz fonda və bu işdə əməyi keçən hər kəsə təşəkkürlər! İnanırıq ki Suranın əməliyyatı yüksək səviyyədə keçəcək və əzizlərini, hamımızı sağlamlığına təkrar qovuşması ilə sevindirəcək.







Redaktorun seçimi