Deputatlar ağacəkmə kampaniyasında - FOTOLAR

Hit: 551
Deputatlar ağacəkmə kampaniyasında - FOTOLAR
Milli Məclisin deputatları bu gün Nəsiminin 650 illik yubileyi ilə əlaqədar ağacəkmə kampaniyasında iştirak ediblər.
 
Faktor.az xəbər verir ki, deputatlar kampaniya çərçivəsində meşə və qeyri-meşə fondu ərazilərində iqlimə və relyef şəraitinə uyğun müxtəlif növ ağaclar əkilib
 
Prezident İlham Əliyevin Sərəncamı ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin “Nəsimi ili” elan edilməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü böyük sənətkarın adının əbədiləşdirilməsi, beynəlxalq aləmdə təbliği, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs dahi şairin irsinin təbliği ilə bərabər, həm də ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərin həllində birgə fəaliyyətə səsləyir.
 
BMT-nin tövsiyələrinə əsasən, ətraf mühitin qorunması və gender bərabərliyinin təmin edilməsi sıx kəsişən və prioritet məsələlərdən biridir, eyni zamanda, ölkələrin iqtisadi və sosial inkişafına təsir göstərir.
1
1
1
1
1
1








Redaktorun seçimi