“Odlar Yurdu” Almaniyada beynəlxalq layihənin tərəfdaşıdır

Hit: 165
“Odlar Yurdu” Almaniyada beynəlxalq layihənin tərəfdaşıdır

Almaniyanın Wurzburq şəhərində Azərbaycan Günü keçirilib

"Odlar Yurdu" Gənclər İctimai Birliyinin tərəfdaşı olduğu, 7 ölkənin (Almaniya, Makedoniya, Bolqarıstan, Ruminiya, Macarıstan Türkiyə və Azərbaycan) təmsil olunduğu "Young Journalists (Communication Lab)" layihəsi 2 - 9 dekabr tarixlərində Almaniyanın Vörzburq şəhərində keçirilir. Ölkəni "Odlar Yurdu" Gənclər İB-nin sədr müavini Xəzər Cabbarlı, baş katib Ruslan Vəliyev, beynəlxalq əlaqələr departamentinin sədri Əziz Məmmədov, könüllülər Aydan Cəfərli, Cavidan Abbasov və Afaq Hüseyinova təmsil edir. 
 
Layihənin məqsədinə müvafiq fəaliyyətlərlə yanaşı gənclər müxtəlif sosial və mədəni tədbirlərdə də iştirak edirlər. 5 dekabr tarixində isə gənclərin təşkilatçılığı ilə Azərbaycan Günü təşkil edilib. Milli mətbəxi əks etdirən təamlardan ibarət masa təşkil olunub, Azərbaycan tarixi, mədəniyyəti və s. haqqında təqdimatla  çıxış edib, video çarxlar nümayiş etdiriblər.Təqdimat böyük maraqla qarşılanıb. Azərbaycanla bağlı suallara doğru cavab verən xarici gənclərə ölkəni təsvir edən kiçik hədiyyələr təqdim olunub. 
Layihə 9 dekabr tarixində yekunlaşacaq. 
 







Redaktorun seçimi