Gömrük Akademiyasının əməkdaşı beynəlxalq elmi-praktiki konfransda

Hit: 433
Gömrük Akademiyasının əməkdaşı beynəlxalq elmi-praktiki konfransda
Dövlət Gömrük Komitəsinin Akademiyasının İxtisas fənləri kafedrasının baş müəllimi Şahin Hüseynov noyabrın 28-də Rusiya Federasiyasının Moskva Vilayətinin  Lübertsı şəhərində Rusiya Gömrük Akademiyasında “Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin gömrük xidmətlərinin hüquq mühafizə sahəsində fəaliyyətinin aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransda və MDB-yə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçılarının Komitəsinin hüquq mühafizə bölmələri əməkdaşlarının ixtisasının artırılması sahəsində qarşılıqlı əlaqə məsələləri üzrə İşçi Qrupun 6-cı iclasında iştirak edib.
 
İclasda MDB-yə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin 17.10.2019-cu il tarixli Qərarı əsasında qəbul olunan “Gömrük orqanlarının əməliyyat-axtarış fəaliyyətinin təkmilləşdirilməsi Konsepsiyası”na verilən təkliflər nəzərə alınmaqla, son variantının üzv dövlətləri tərəfindən yenidən baxılması və müvafiq rəylərin verilməsi qərara alınıb.
 
Şahin Hüseynov konfransda və İşçi Qrupun iclasında Azərbaycan Respublikasının gömrük xidmətində aparılan islahatları diqqətə çatdırıb, hüquq mühafizə fəaliyyətində çalışan əməkdaşlar üçün Akademiyada ixtisasartırma təlimlərinin təşkil olunduğunu qeyd edib.








Redaktorun seçimi