AzTU-nun rektoru Belarus Dövlət Rabitə Akademiyasının rektoru ilə görüşüb

Hit: 363
AzTU-nun rektoru Belarus Dövlət Rabitə Akademiyasının rektoru ilə görüşüb
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev AzTU-da keçirilən “Telekommunikasiyada innovativ texnologiyalar” mövzusunda beynəlxalq elmi-texniki konfransdan sonra Belarus Dövlət Rabitə Akademiyasının (BDRA) rektoru Andrey Zeneviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.  
 
Görüşdə hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsi, tələbə-müəllim mübadiləsi, professor-müəllim heyətinin ixtisasartırma kurslarında iştirakı istiqamətində fikir mübadiləsi aparılıb.
 
Vilayət Vəliyev Belarus Dövlət Rabitə Akademiyasının (BDRA) rektoru Andrey Zeneviç və Akademiyanın “Rabitənin müasir texnologiyaları” İnstitutunun direktoru Yevgeni Novikova xatirə hədiyyələri təqdim edib.








Redaktorun seçimi