DGKA-da ixtisasartırma təlimlərinin qiymətləndirmə mərhələsi olub

Hit: 491
DGKA-da ixtisasartırma təlimlərinin qiymətləndirmə mərhələsi olub
Dövlət Gömrük Komitəsinin Akademiyasında Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsi və Ərazi Baş Gömrük İdarələrinin Əməliyyat və Təhqiqat İdarəsi və müvafiq şöbələrinin əməkdaşları üçün keçirilən ixtisasartırma təlimlərinin qiymətləndirmə mərhələsi olub.
 
Qiymətləndirmə mərhələsindən öncə Akademiyanın rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov, Əməliyyat – İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsi rəisi, gömrük xidməti polkovniki Hikmət Bəhrəmov, Əməliyyat – İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsi rəisinin müavini, gömrük xidməti polkovniki Vüqar Abdullayev dinləyicilərlə görüşüblər.
 
Akademiyanın rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov təlimləri başa vuran dinləyiciləri salamlayaraq bildirib ki, müvafiq idarələrin əməkdaşları üçün təlimlər gömrük xidmətində çalışan əməkdaşların peşə və ixtisas biliklərini artırmaq, eləcə də onların peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə təşkil olunur. Son illərdə gömrük xidmətində aparılan islahatlara diqqət çəkən Qulu Novruzov bütövlükdə bu islahatların ölkədə aparılan köklü islahatların tərkib hissəsi olduğunu deyib. Gömrük xidməti əməkdaşlarının peşəkar səviyyəsinin artırılmasının da gömrük sistemində aparılan islahatların tərkib hissəsi olduğunu vurğulayıb.
 
Texnologiyanın inkişafı ilə yeni biliklərə, fərqli bacarıq və səriştələrə ehtiyac yarandığını qeyd edən Akademiya rəisi gömrük xidməti əməkdaşlarının daha bilikli, daha peşəkar olmalarının vacibliyini deyib.  
 
Təlimlərin faydalı olduğuna inamını ifadə edən Qulu Novruzov təlimləri bitirən gömrük əməkdaşlarına gələcək fəaliyyətdə uğurlar arzulayıb.
 
Əməliyyat – İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsi rəisi, gömrük xidməti polkovniki Hikmət Bəhrəmov Akademiyanın rəhbərliyinə və professor-müəllim heyətinə təlimlərin təşkilinə görə təşəkkür edib. Təlimlərin əməkdaşların səriştə, bilik və bacarıqlarının artırılmasına kömək etdiyini deyib.
 
Sonra qiymətləndirmə mərhələsi keçirilib. 
 
Qeyd edək ki, Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsi və Ərazi Baş Gömrük İdarələrinin Əməliyyat və Təhqiqat İdarəsi (şöbələrinin) əməkdaşlarıının ikinci qrupu üçün keçirilmiş ixtisasartırma təlimləri noyabrın 6-dan dekabrın 4-dək davam edib.







Redaktorun seçimi