“ASAN xidmət”in fəaliyyəti Ukrayna televiziyasında

Hit: 352
“ASAN xidmət”in fəaliyyəti Ukrayna televiziyasında
Ukraynanın “ICTV” telekanalının müxbiri Natalya Jukovskaya və operatoru Mikola Zotsenko Azərbaycan haqqında silsilə reportajlar hazırlamaq məqsədilə ölkəmizə səfər ediblər. Çəkiliş qrupu “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə də tanış olub, xüsusi reportaj hazırlayıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Faktor.az-a bildiriblər ki, reportajda “ASAN xidmət” mərkəzlərində operativ və şəffaflıq prinsipləri əsasında 320-dən çox xidmət göstərildiyi vurğulanıb. Korrupsiya ilə mübarizə məqsədilə yaradılmış mərkəzlərdə vətəndaşların xidmətlərdən məmnunluq əmsalının 98-100 faiz arasında dəyişməsi və digər vacib məlumatlar tamaşaçıların diqqətinə çatdırılıb.








Redaktorun seçimi