Baş İdarə Beynəlxalq Əlillər günü ilə əlaqədar konsert keçirib

Hit: 525
Baş İdarə Beynəlxalq Əlillər günü ilə əlaqədar konsert keçirib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə R.Behbudov adına Dövlət Mahnı Teatrında Beynəlxalq Əlillər gününə həsr olunmuş tədbir keçirilib.
 
Tədbirin aparıcısı Lalə Əlimuxtarova 3 dekabr -Beynəlxalq Əlillər gününün tarixindən danışaraq bildirib ki, əlil vətəndaşlara və xüsusilə də əlil uşaqlara diqqət və qayğı göstərmək cəmiyyətimizin hər bir üzvünün borcudur. Bununla əlaqədar müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır.
 
Daha sonra Əməkdar artistlər Elza Seyidcahan və Səbinə İlyasova, tanınmış müğənnilər Aynur Dadaşova, Dana Durdana, Roza Zərgərli, Tərlan Novxanı, Tuncay, Orxan Əlizadənin və rəqqasə Fatimənin ifaları onlarda xoş anlar yaşadıb. 
 








Redaktorun seçimi